XƏBƏRLƏR
MƏLUMAT
"Mən Fəxr edirəm ki, Azərbaycanlıyam" adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
11/05/2023 02:38

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon Xocəsən qəsəbə klubunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Mən Fəxr edirəm ki, Azərbaycanlıyam" adlı tədbir keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub, sonra 103 nömrəli tam orta məktəbin şagirdləri  ədəbi bədii kompozisiya ilə çıxış ediblər.

 

Baxış sayı: 528