
Malayziyanın Selanqor ştatının mərkəzi Şah Alam şəhərində yerləşən və ölkənin ən böyük kitabxanalarından biri olan Selangor Dövlət Kitabxanasında XX əsr Azərbaycan yazıçılarının hekayələrindən ibarət kitabın müzakirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, əsasən tələbələrdən və müəllim-professor heyətindən ibarət 170-dən çox oxucunun iştirak etdiyi tədbirdə kitabxananın direktoru Datin Paduka Mastura Hacı Muhamad, Malayziya Tərcümə və Kitab İnstitutunun icraçı direktoru Sakri Abdullah və ölkəmizin Malayziyadakı səfiri İrfan Davudov çıxış ediblər. Natiqlər iki dost ölkə arasında əlaqələrin inkişafında mədəniyyət sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib, bu baxımından Azərbaycanın ədəbiyyat nümunələrinin tərcümə və çap edilməsinin əlamətdar hadisə olduğunu bildiriblər.
Qeyd olunub ki, azərbaycanlı alim, malay dili üzrə mütəxəssis Həbib Zərbəliyevin malay dilinə tərcümə etdiyi hekayələr toplusu ölkəmizin Malayziyadakı səfirliyinin təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Malayziya Tərcümə və Kitab İnstitutu tərəfindən çap olunub.
Azərbaycan ədəbiyyatının dünyada tanıdılması istiqamətində dövlətimizin gördüyü işlərdən danışan səfir İ.Davudov Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu istiqamətdəki fəaliyyətinin önəmindən danışıb. O, həmçinin qədim dövrlərdən başlayaraq, Azərbaycanın şifahi xalq ədəbiyyatının inkişafı, xalqımızın görkəmli yazıçı və şairləri barədə qısa məlumat verib.
Sultan İdris Universitetinin professoru Ariff Mohamadın moderatorluğu ilə keçən müzakirələrdə Malayziya Milli Universitetinin professoru Mavar Safei, yazıçı Seyid Mohd Zakir çıxış ediblər. Tədbirə Bakıdan onlayn formatda qoşulan professor H.Zərbəliyev Azərbaycan ədəbiyyatının müxtəlif qolları, şifahi və yazılı ədəbiyyatımızın inkişaf yolu, kitabda hekayələri yer almış yazıçılar C.Məmmədquluzadə, Ə.Haqverdiyev, M.C.Paşayev, Elçin və Anarın yaradıcılığı barədə danışıb, onların timsalında XX əsr Azərbaycan ədəbiyyatının əsas xüsusiyyətləri barədə oxucuları məlumatlandırıb.
Müzakirələr sual-cavab sessiyası ilə davam etdirilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin


- 17:30 “Əsl məhəbbət” bədii-sənədli filmi nümayiş olunub
- 16:35 Azərbaycan Dövlət Kukla Teatrı Ankarada çıxış edib
- 15:37 Milli İncəsənət Muzeyində Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə konsert keçirilib
- 15:34 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərinə ilk dəfə birgə elektron qəbul
- 14:33 Milli Kitabxanada “Mikayıl Rəfili - 120” adlı kitab sərgisi açılıb
- 12:34 “Muğam” Televiziya Müsabiqəsi başlayır
- 10:59 Gənclər kitabxanası “Ədəbiyyatımızın Mir Cəlal zirvəsi” adlı elektron məlumat bazasını istifadəçilərə təqdim edib
- 10:33 “Mədəniyyətlərarası səyahət” adlı tədbir keçirilib
- 10:20 “Uzaq sahillərdə” filmi Berlində bərpa olunub
- 10:15 Şəhid Quluzadə Qurbanəlinin ailəsinə ziyarət təşkil edilib
- 10:06 “Səma” rəqs ansamblı 23 Aprel-Milli Suverenlik və Uşaq Bayramında iştirak edib
- 09:39 "Rənglər dünyası" adlı rəsm sərgisi nümayiş olunub
- 09:15 Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri böyük təntənə ilə başa çatıb
- 09:13 Rusiyanın Tula şəhərində rəssam Hədis Hacıyevin səhnə tərtibatında “Tartüf” tamaşası təqdim edilib
- 09:10 Mərakeşin paytaxtında “Əlifba” mədəni layihəsinin təqdimatı keçirilib
- 09:06 Bişkekdəki "Manas” teatrında Qədim Musiqi Alətləri Ansamblının konserti keçirilib
- 19:24 "Qonağımız var" layihəsi çərçivəsində Xalq yazıçısı Kamal Abdulla ilə görüş keçirilib
- 18:53 “Böyük ömrün anıları” adlı tədbir keçirilib
- 16:19 Aşıq Ələsgər irsinə həsr olunmuş tədbir: Qədim yurd yerlərimiz gündəmdə
- 14:49 Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə hazırlanmış “Hikmət mücrüsü” kitabının təqdimatı olub
- 14:47 Gənclər Kitabxanasında görkəmli alim Mikayıl Rəfiliyə həsr olunmuş virtual kitab sərgisi hazırlanıb
- 14:11 “Zərifə Əliyeva: elmin və nəcibliyin simvolu” adlı dəyirmi masa keçirilib
- 11:55 Azərbaycan Bəstəkarlar İttifaqında Milli Məclisin deputatı Aydın Mirzəzadə ilə görüş keçirilib
- 11:20 “Nəsildən-nəslə teatr” layihəsinin növbəti qonağı Nicat Kazımov olacaq
- 10:51 “Azərbaycan Konstitusiyası və Suverenlik İlinin əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib
- 10:19 “Azərbaycan Kino Günləri” təşkil olunacaq
- 09:33 Azərbaycanlı rejissor Bişkekdə ustad dərsi keçib
- 09:24 Ağanağı Axundovun şəxsi arxivindən nadir kinomateriallar Dövlət Film Fonduna təhvil verilib
- 09:21 Bişkekdə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan təntənəli konsert keçirilib
- 09:11 II Beynəlxalq Opera Festivalı “Arşın mal alan” operettasının premyerası ilə açılıb
- 17:27 Milli Kitabxanada Ukrayna dilində “Əli və Nino” kitabının təqdimatı keçirilib
- 16:39 Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş hesabat konserti keçirilib
- 15:02 “Narkomaniyaya yox deyək” adlı maarifləndirici tədbir keçirilib
- 14:57 Gənclər Kitabxanasında yazıçı Sevinc Nuruqızı ilə görüş keçirilib
- 14:27 Mirzə Qədim İrəvaninin həyat və yaradıcılığına dair mühazirə oxundu
- 14:25 “AKİDocs – sənədli filmin inkişafı və pitçinq” beynəlxalq layihəsinə start verilib
- 12:54 Azərbaycanlı sənətşünaslar Bişkekdə mühazirə keçiblər
- 12:47 Musiqi məktəblərinin şagirdlərinin konserti keçirilib
- 12:10 Xalq rəssamı Əzim Əzimzadənin 145 illik yubileyi qeyd olunub
- 11:58 Azərbaycan Mədəniyyət Mərkəzi Türk Dil Kurumu ilə birgə ana dilimizin təbliği ilə bağlı layihələr həyata keçirəcək
- 11:06 Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə ənənəvi kitab sərgisi hazırlanıb
- 10:24 Yazıçı-publisist Hacı Qəni Camalzadə ilə görüş keçirilib
- 10:02 Dövlət Rəqs Ansamblı "Mənim Azərbaycanım" adlı konsert proqramı ilə bişkeklilərə unudulmaz anlar yaşadıb
- 09:59 23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür
- 09:42 Qırğızıstan Milli Kitabxanasında Bəxtiyar Vahabzadənin kitablarının təqdimatı keçirilib
- 09:39 Qırğızıstan Milli Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb
- 17:05 “Səma” rəqs ansamblı 23 Aprel-Milli Suverenlik və Uşaq Bayramına qatılıb
- 16:27 Şirvan-Salyan və Mil-Muğan Regional Mədəniyyət İdarələrinin təhsilverənləri ilə attestasiyaya dair görüşlər keçirilib
- 15:43 Azərbaycan nümayəndə heyəti Bişkekdə "Ata-Beyit" memorial kompleksini ziyarət edib
- 15:14 Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Hacı Məmmədovun 105 illiyi qeyd olunacaq
- 14:16 Gənclər kitabxanasında general Əliağa Şıxlinskinin 160 illiyi münasibətilə silsilə materiallar hazırlanıb
- 11:53 Görkəmli rəssam Mirzə Qədim İrəvaninin irsi Bişkekdə sərgidə təqdim olunur
- 11:47 Bişkekdə “Azərbaycanın sənət incilərində yaşayan milli irsi" sərgisi açılıb
- 09:56 Bu gün tanınmış aktyor və rejissor Həsən Əblucun doğum günüdür
- 09:31 Bişkekdə Azərbaycan mədəniyyətinin təntənəsi
- 09:27 Azərbaycan Pakistanda “Yaz festivalı - 2025”də təmsil olunub
- 09:25 Mədəniyyət naziri Adil Kərimli Bişkekdə qırğız həmkarı ilə görüşüb
- 09:22 Azərbaycan Kukla Teatrının təmsilçiləri Türkiyədə Aygün Attarla görüşüb
- 09:21 Ankarada Hadi Poyrazoğlu adına IV Beynəlxalq Teatrları Festivalı açılıb
- 14:36 Bu gün tanınmış pianoçu Tamilla Mahmudovanın doğum günüdür