XƏBƏRLƏR
MƏLUMAT
“Mahabharata” eposu haqqında videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
04/07/2022 07:43

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşı Samirə Abbasova “Mahabharata” eposu haqqında videoçarx hazırlayıb.

“Mahabharata” - qədim Hindistanın Sanskrit dilində yazılmış iki əsas eposundan biridir. Digər dastan isə “Ramayana”dır. Kurukşetra müharibəsi, həmçinin Kauravas və Pandava şahzadələrinin talelərindən bəhs edən epik hekayələrlə yanaşı, Mahabharatada “həyatın 4 məqsədi”nin müzakirəsi və ya puruşartas kimi fəlsəfi və dini materiallar da çoxdur.

“Mahabharata”nın bir hissəsi olan əsas hekayələr və əsərlər arasında “Bhaqavad-Gita”, Damayantinin hekayəsi, “Ramayana”nın qısaldılmış versiyası və “Rişyasrinqa” özlüyündə çox dəyərli əsərlərdir. “Mahabharata”nın müəllifi Vyasa hesab olunur. Onun tarixi inkişafını və quruluş hissələrini açmaq üçün bir çox cəhdlər edilib. Mətnin qorunub saxlanılmış ən qədim hissələri təqribən e.ə 400-cü illərdən daha qədim deyildir. Lakin, hekayənin mənşəyi e.ə. 8-9-cu əsrlərə təsadüf edir. Mətn öz son formasını erkən Qupta dövründən alıb. Mətnin adı “Bharata sülaləsinin böyük hekayəsi” kimi tərcümə edilə bilər. “Mahabharata”da qeyd olunur ki, epos “Bharata” adlanan 24.000 misradan genişlənərək indiki böyük formasını alıb. “Mahabharata” ən uzun Sanskrit eposudur. Onun ən uzun versiyası 100.000 şloka və ya 200.000-dən çox misradan (hər şloka bir beytdir) və uzun nəsr hissəsindən ibarətdir. Mahabharata ümumiyyətlə 1,8 milyon sözdən ibarət olaraq “İliada” və “Odisseya”dan birlikdə təqribən on dəfə və ya “Ramayana”dan dörd dəfə uzundur.

Videoçarxa aşağıdakı keçidlərə daxil olaraq baxa bilərsiniz:

https://www.instagram.com/tv/CfhCLr2o2rx/?utm_source=ig_web_copy_link

https://www.facebook.com/100007549111926/videos/355052050125268/

Baxış sayı: 722