XƏBƏRLƏR
MƏLUMAT
Kitabxana Xalq şairi Ramiz Rövşənin “Harda itirdim səni” şeirini təqdim edib
ÜMÜMİ XƏBƏRLƏR
21/12/2021 01:59

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 nömrəli filialı Xalq şairi, yazıçı, kinossenarist, tərcüməçi Ramiz Rövşən yaradıcılığına müraciət edərək “Harda itirdim səni” şeirini təqdim edib.

Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini, Moskva Ali Ssenari kurslarını bitirib. Bir neçə şeir kitabının müəllifidir.

İlk dəfə 1970-ci ildə ilk kitabı nəşr olunub. Sonralar çap edilən şeirlərinin oxucular tərəfindən böyük maraqla, sevgiylə qarşılandığını görən şair hətta çox təəccüblənib. Səbəbini belə izah edib: “Yazdığım şerlər o qədər də sadə deyil. Mən arxetiplərlə işləməyi, sözlərin alt qatlarındakı mənaları üzə çıxarmağı sevirəm”.

Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin, Dünya Poeziya Hərəkatı Koordinasiya Şurasının üzvüdür.

Mövzu ilə bağlı məlumat kitabxanaın “YouTube” kanalında paylaşılıb.


Baxış sayı: 206