XƏBƏRLƏR
MƏLUMAT
“Heydər Əliyev və ordu quruculuğu” adlı dəyirmi masa təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
17/04/2023 06:20

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin  anadan olmasının 100  illiyinə həsr  olunmuş “Heydər  Əliyev və ordu quruculuğu” adlı dəyirmi masa  təşkil  olunub.

Qonaqlar öncə Mərkəzin “Muzey” bölməsində Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət ediblər. Mərkəzin bələdçiləri tərəfindən qonaqlara “Muzey” bölməsində toplanmış Ulu Öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotoşəkillər haqqında geniş məlumat verilib.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər bildiriblər ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcudluğu və şərəfli tarixi Azərbaycan xalqının ümummilli lideri, zəmanəmizin böyük şəxsiyyəti Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bu gün hərtərəfli güclənən, hərbi qüdrəti, döyüş qabiliyyəti artan Azərbaycan Ordusu böyük inkişaf yolu keçib. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı başladığı işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Sonda “Heydər Əliyev və Azərbaycanda Ordu quruculuğu” adlı film nümayiş olunub.

Baxış sayı: 251