XƏBƏRLƏR
MƏLUMAT
“Heydər Əliyev:tolerantlıq və dini-mənəvi dəyərlərimiz “ adlı dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
09/04/2024 09:32

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev:tolerantlıq və dini-mənəvi dəyərlərimiz” adlı dəyirmi masa keçirilib.

İlk olaraq şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışçılar Ümummilli lider Heydər Əliyevin Azərbaycanın özünəməxsus dövlət-din münasibətləri modelinin formalaşdırılmasında, eləcə də milli mənəvi dəyərlərin qorunub saxlanılmasında əvəzsiz xidmətlərindən bəhs ediblər. Bildiriblər ki, ölkəmizdə həmişə tolerant dəyərlər xüsusi önəm daşıyıb, qorunub, mühafizə olunub.  Azərbaycan tarixən milli və dini baxımdan tolerant bir ölkə kimi bütün dünyada tanınır. Azərbaycan vətəndaşları dini, irqi, siyasi və dil mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malikdirlər.

Daha sonra tədbir mövzu ətarfında diskussiya şəklində davam edib.

Sonda tədbir iştirakçıları Ulu Öndərin şərəfli ömür yolunu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çox saylı xidmətlərini əks etdirən ekspozisiya ilə tanış olublar.

Baxış sayı: 236