XƏBƏRLƏR
MƏLUMAT
Gənc yazıçı, bədii qiraətçi Səma Muğanna ilə görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
06/10/2022 07:59

Oktyabrın 6-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar  Birliyinin üzvü, İsa Muğannanın varisi gənc yazıçı, bədii qiraətçi, 189-190 nömrəli tam orta məktəbin XI sinif şagidi Səma Muğanna ilə görüş keçirilib. 

Görüşdə Bakı Şəhər  Mədəniyyət  Baş İdarəsinin Mədəniyyət siyasəti sektorunun müdiri Səbinə Məmmədova, hərbi  jurnalist, Qarabağ müharibəsi iştirakçısı, Dövlət Kino-Foto Sənədləri Arxivinin direktor müavini Nazim Əhmədli, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü Zaur Ustac, Salman Mümtaz adına Azərbaycan Respublikasının Dövlət  Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Könül Nəsibli, gənc yazıçının ailə üzvləri  və kitabxananın əməkdaşları iştirak ediblər.

Tədbirdə yazıçının belə gənc yaşda fəlsəfi düşüncələri, natiqliq qabiliyyəti haqqında müsbət  fikirlər söylənilib, kitabları, əsərlərindəki obrazları barədə geniş söhbət edilib, ona ünvanlanan sualları cavablandırıb, gələcək fəaliyyəti ilə bağlı arzular  səslənib.

Sonda kitabxanada  Səma Muğannanın kitab sərgisinə baxış keçirilib.

 

Baxış sayı: 291