XƏBƏRLƏR
MƏLUMAT
Gənc pianoçu Nyu-Yorkun məşhur Carnegie Hall səhnəsində
ÜMÜMİ XƏBƏRLƏR
23/11/2023 10:23

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano ixtisası üzrə  XI sinif şagirdi, respublika və  beynəlxalq müsabiqələr laureatı  Zümrüd Əlizadə ilk dəfə Nyu-Yorkun məşhur Carnegie Hall səhnəsində maestro Kamilo Roxasın dirijorluğu ilə dünyaca məşhur “BMTG Chamber orchestra”nın müşayiəti ilə çıxış edib.

BMTG-nin təşkil etdiyi V kontinentlər arası beynəlxalq pianoçular müsabiqəsində istedadlı pianoçu Zümrüd Əlizadə (müəllim Yelena Xəlilulina) Aleksandr Peskanovun “Azərbaycan rapsodiyası” əsərini həmçinin bəstəkar  Adil Bəbirovun “Sonata”sını da ifa edib. Gənc sənətçinin çıxışları tamaşaçıların alqışları ilə müşayiət olunub.

Qeyd edək ki, Zümrüd Əlizadə ABŞ-yə görkəmli pianoçu və bəstəkar, Bruklin Müəllimlər və Musiqiçilər Gildiyasının prezidenti Aleksandr Peskanov tərəfindən dəvət olunub.

Baxış sayı: 376