XƏBƏRLƏR
MƏLUMAT
“Gəlin, gələcəyimizi qoruyaq!” adlı maarifləndirici söhbət keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
01/05/2024 17:18

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 109 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri üçün “Gəlin, gələcəyimizi qoruyaq!” adlı maarifləndirici söhbət keçirib.

Kitabxananın əməkdaşı müasir dünyamızın ən mühüm problemlərindən biri olan narkomaniyadan bəşəriyyətin hələ də əziyyət çəkdiyini, narkotik maddələrdən istifadənin qısa zamanda fiziki və psixi asılılıq yaratdığını bildirib. Qeyd edib ki, narkotik maddələr insanın fiziki və mənəvi sağlamlığına mənfi təsir göstərməklə bərabər onun cinayət törətməsinə də səbəb olur.

Sonra məktəblilərə  narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, dəyərli məsləhətlər verilib, onların təklifləri dinlənilərək sualları cavablandırılıb. 

Baxış sayı: 415