XƏBƏRLƏR
MƏLUMAT
G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdi Şirin Əmiraslanovanın növbəti uğuru
ÜMÜMİ XƏBƏRLƏR
18/06/2020 06:05

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin fortepiano ixtisası üzrə VII sinif şagirdi Şirin Əmiraslanova may-iyun aylarında İspaniyada keçirilən V Beynəlxalq Onlayn Müsabiqədə iştirak edib.

Şirin Əmiraslanova M.Qlinka-Balakirevin “Torağay” və V.A.Motsartın “Sonata re major” əsərlərini ifa edərək  öz yaş qrupunda 9,5 balla I yerə layiq görülüb və müsabiqənin laureatı adını qazanıb.

Şirin həmçinin Almaniyada keçirilən “STERNCHEN  HAUSE”  Beynəlxalq Onlayn Müsabiqəsində də iştirak edərək mümkün olan 24 baldan 24-nü toplayıb, I yerə layiq görülərək müsabiqənin laureatı adını qazanıb. O, M.Qlinka-Balakirevin “Torağay”, F.Şopenin “Fantaziya eksprompt” və F.Şopenin “Etüd” (op.10 no.5) əsərlərini ifa edib.

Qeyd edək ki, Şirin pandemiya dövründə Respublika  müsabiqəsində də iştirak edib. Həmçinin qardaşı Nəriman Əmiraslanov və anası Sevinc Əmiraslanovada “Evdə qal” prinsipinə əməl edərək onlayn konsertlərdə iştirak ediblər.

Gənc istedadın müəllimi - professor Siala Sinamdzqavarişvilidir.

Baxış sayı: 617