
XIX əsrin sonları - XX əsrin əvvəllərində Azərbaycanda maarif və mədəniyyətin inkişafı yolunda mühüm xidmətlər göstərmiş ziyalılardan biri də Həbib bəy Mahmudbəyov olub.
Həbib bəy Mahmudbəyov 16 iyun 1864-cü ildə Şamaxının nüfuzlu şəxslərindən olan Hacı İbrahimxəlil bəyin ailəsində dünyaya göz açıb. Molla məktəbində, sonra isə Şamaxı şəhər məktəbində və Bakıda realnı məktəbdə təhsil alıb. 1883-cü ildə gələcəyin görkəmli yazıçısı və ictimai xadimi Sultan Məcid Qənizadə ilə birlikdə Tiflisdə Aleksandrovsk Müəllimlər İnstitutuna qəbul olunurlar. Hər iki gənc təhsillərini başa vurduqdan sonra Bakıya qayıdır və burada ilk özəl rus-müsəlman məktəbinin əsasını qoyurlar. İki siniflə fəaliyyət göstərən məktəb xalq arasında böyük şöhrət qazanır. Məşhur maarifçi və ədəbiyyatşünas Firidun bəy Köçərli məktəb haqqında belə yazıb: “Bu vaxtlarda (1891) Qafqazda maarif müdiri olan Yanovski Sultan Məcid Qənizadə ilə Həbib bəy Mahmudbəyovun təzə qayda ilə açdıqları məktəbləri ziyarət edib. Həm şagirdlərin oxumasından, həm də cavan müəllimlərin səy və hümmətindən artıq dərəcədə razı qalıb. O, sonralar bu məktəbi hər yerdə vəsf edib”.
Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Nərmin Bağırova araşdırmasında yazır ki, məktəbdə təlimin yüksək keyfiyyəti, nümunəvi nizam-intizam və səliqəlilik tezliklə əhalinin diqqətini cəlb edir. 1891-ci ildə Bakı camaatından 150 nəfər şəhər dumasına ərizə ilə müraciət edərək belə məktəblərin sayının artırılması və dövlət xərcinə keçirilməsi tələbini irəli sürürlər. Şəhər sakinlərinin tələbi əsasında 23 sentyabr 1891-ci ildə iki məktəb açılır. Birinci məktəbə 35, ikinci məktəbə isə 45 şagird qəbul olunur. H.Mahmudbəyov birinci, S.M.Qənizadə isə ikinci məktəbin müdiri təyin olunur. Sonralar rus-Azərbaycan məktəblərində S.S.Axundov, A.Şaiq, Ə.Cəfərov, A.Atakişiyev, H.Behbudova və başqa müəllimlər dərs deyirlər.
1914-cü ildə H.Mahmudbəyovun rəhbəri olduğu məktəb 25 illik yubileyi münasibətlə hökumət tərəfindən təşəkkürnamə ilə təltif olunur. Haşım bəy Vəzirov “Bakıdakı rusi-müsəlmani məktəblərin iyirmi beş illik yubileyi münasibətilə” adlı kitabça nəşr etdirir.
Görkəmli maarif xadimi böyük ictimai maarifləndirmə fəaliyyəti ilə də məşğul olur. Bakı şəhər dumasında məktəb komissiyasının üzvü kimi Azərbaycan müəllimlərinin birinci qurultayının (1906) keçirilməsində mühüm rol oynayır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra o, respublikada xalq təhsilinin inkişafında yeni istiqamətlərin işlənib hazırlanmasının fəal iştirakçılarından olur. Hökumətin tapşırığı ilə qabaqcıl maarif xadimləri F.Rzabəyli və Ə.Cəfərovla birlikdə Bakıda Azərbaycan Ali Pedaqoji İnstitutun yaradılmasında yaxından iştirak edir. Həmin institutda uzun illər direktor müavini, eyni zamanda rus dili və ədəbiyyatı müəllimi vəzifələrində çalışır, ölkə təhsilinin inkişafı üçün gecə kursları təşkil edir.
Folklorşünas Əbülqasım Hüseynzadə xatirələrində H.Mahmudbəyovun maarif işi ilə yanaşı, teatr sənətinə də həssas yanaşdığını yazır: “Həbib bəy Mahmudbəyovu 15 yaşımdan tanıyırdım. Mən o vaxt rus-tatar məktəbində oxuyurdum. Məktəbin direktoru Həbib bəy Mahmudbəyov idi. O, üzügülər, ciddi baxışlı və nurlu bir şəxs idi. Seyid Hüseynlə oxuyurdum. Bir gün Həbib bəyin təşəbbüsü ilə məktəbdə yaradılmış teatr truppasına üzv yazıldıq. Mən ədəbiyyata və teatra çox həvəs göstərirdim. Bunu Həbib bəy Mahmudbəyov hiss etmişdi. Ona görə də mənə müxtəlif rollar verirdi”.
Professor İlham Rəhimli “Azərbaycan teatr tarixi” kitabında qeyd edir ki, o dövrdə Azərbaycanda peşəkar teatr aktyorları yetişirdi ki, bunların arasında Cahangir Zeynalov, Əbülfət Vəli və başqa istedadlı səhnə xadimlərini görmək olardı. Kitabda H.Mahmudbəyov, Ağa Kərim Şərifov, Əsgər ağa Gorani, Qaflan Muradov, S.M.Qənizadə kimi şəxsiyyətlərin teatr sənətinin inkişafında xidmətlərindən ətraflı söz açılır.
Mənbələrdə H.Mahmudbəyovun qayğıkeş və xeyirxah bir insan kimi də tanındığı bildirilir. O, çətin məqamlarda kimsəsizlərin əlindən tutar və hərtərəfli yardım göstərərmiş. Belə ki, Hüseyn Ərəblinskinin uşaqlıq illəri ehtiyac və sıxıntı içində keçib. Kiçik yaşlarından atasını itirdiyindən anasının himayəsində qalan gələcəyin böyük sənətkarı təhsil xərcini ödəyə bilmədiyi üçün mollaxananı buraxmağa məcbur olur. O zaman yoxsul uşaqlarının məktəbə götürülməsinə şərait yaradan H.Mahmudbəyov Hüseyn Ərəblinskini də “Üçüncü rus-tatar” məktəbinə qəbul edir. Hətta qeyd olunur ki, Hüseyn Ərəblinskinin bir aktyor kimi yetişməsində və tanınmasında bu maarif xadiminin mühüm xidmətləri olub.
Həbib bəy Mahmudbəyov tanınmış səhnə ustası Cahangir Zeynalovla birgə Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsərini səhnələşdirən zaman epizodik rollarda oynamaq üçün öz şagirdlərindən də istifadə edirmiş. Bu şagirdlər sırasında Hüseyn Ərəblinski də olur. O, ilk məşqlərini C.Zeynalovun evində edir. Ancaq onun ilk səhnə cəhdi uğurlu alınmır. Səhnədə özünü itirən Hüseyn susmağa məcbur olur. Ancaq bu, tamaşanı pozmur. Çünki Hüseynin rolu səhnə əsərində, demək olar ki, nəzərə çarpmırmış. Bu zaman Həbib bəy ona ürək-dirək verir və həvəsdən düşməyə qoymur...
Azərbaycanda böyük bir ziyalı nəslinin yetişməsinə töhfələr verən maarif və mədəniyyət xadimi Həbib bəy Mahmudbəyov 1928-ci ildə Bakıda vəfat edib.
- 11:08 Azərbaycan Bəstəkarlar İttifaqının yaranma günü konsert proqramı ilə qeyd olunub
- 09:34 Bu gün Xalq artisti Tofiq Mövləvinin anadan olmasının 87-ci ili tamam olur
- 09:17 Azərbaycanlı kinooperator “Euro Cine Expo – 2025” adlı beynəlxalq sərgidə iştirak edib
- 09:04 “Aktyorluğu öyrən” layihəsində diplom tamaşaları təqdim olunub
- 17:28 “Azərbaycan kinooperatorları” kitabı nəşr olunub
- 14:36 Açıq havada kitab sərgisi təşkil edilib
- 14:20 "İnci" rəqs ansamblının "86,6" adlı hesabat konserti təqdim olunub
- 12:26 "Müasir Azərbaycan Ordusu müstəqilliyimizin və suverenliyimizin qarantıdır" mövzusunda dəyirmi masa keçirilib
- 11:42 İçərişəhərdə həvəskar rəssamların əsərlərindən ibarət sərgi açılıb
- 11:05 26 İyun- Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib
- 10:28 Mədəniyyət naziri Adil Kərimli Lerikdə vətəndaşları qəbul edəcək
- 09:49 Vyana Mədəniyyət Mərkəzində Avstriyada yaşayan azərbaycanlı incəsənət xadimləri və tələbələrlə görüş keçirilib
- 09:46 Milli Kitabxanada “Professor Pənah Xəlilov – 100” adlı kitab sərgisi açılıb
- 09:33 Stokholmda “Türk dünyasının milli mədəniyyəti” adlı konsert proqramı keçirilib
- 11:59 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş konsert proqramı təqdim edilib
- 16:50 "Müzəffər Sərkərdə, yenilməz Ordu" adlı tədbir keçirilib
- 16:31 “Sağlam həyat – sağlam gələcək” mövzusunda maarifləndirici sərgi keçirilib
- 16:14 Milli Kitabxananın yeni loqosunun təqdimatı olub
- 16:11 “Şanlı Zəfər tariximiz” adlı tədbir keçirilib
- 15:58 Gənclər Kitabxanasında “Narkomaniya: insanlığa qarşı böyük bəla” adlı məlumat bülleteni hazırlanıb
- 14:20 Zaqrebdə Azərbaycan cazının təntənəsi
- 13:35 Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərində I sinfə şagird qəbulu imtahanları davam edir
- 12:17 Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Zaqreb Milli və Universitet Kitabxanasını ziyarət edib
- 12:02 Amaliya Pənahovanın 80 illiyi münasibətilə “Xan qızı” tamaşası nümayiş olunub
- 12:01 Gənclər Kitabxanasında Silahlı Qüvvələr Günü münasibətilə silsilə materiallar hazırlanıb
- 10:37 Azərbaycanın Xorvatiyadakı Səfirliyində iki ölkənin mədəniyyət və yaradıcı sənaye təmsilçilərinin işgüzar görüşü keçirilib
- 09:46 “Baş” tamaşasına ictimai baxış keçirilib
- 09:43 Milli İncəsənət Muzeyində “Restavrasiya: keçmişə ehtiram, gələcəyə miras” adlı sərgi açılıb
- 09:20 Avstriya caz triosu “Baku Piano Festival 2025”də çıxış edib
- 09:18 Mədəniyyət naziri Zaqrebdə xorvatiyalı həmkarı ilə görüşüb
- 16:12 “Ordumuz Vətən keşiyində” adlı tədbir keçirilib
- 14:51 “Fikrət Qocanın söz sənəti xəzinəsi” adlı material istifadəçilərə təqdim olunub
- 14:05 Mədəniyyət nazirinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Xorvatiyada səfərdədir
- 13:58 Milli Kitabxanada sərgi açılıb
- 12:38 Filarmoniyada violin axşamı – Hökümə Əliyevanın tələbələrinin konserti
- 09:33 Beynəlxalq Muğam Mərkəzində IV Bakı Piano Festivalı çərçivəsində növbəti konsert keçirilib
- 09:27 Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində konsert keçirilib
- 09:18 Musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası davam edir
- 16:28 Mərdəkan Mədəniyyət Sarayında tədbir keçirilib
- 16:21 “Şuşa, sən azadsan!” filmi nümayiş olunub
- 16:18 “Şah Abbas Namə" tamaşasının premyerası keçirilib
- 16:15 Özbəkistanda Türk dünyası xalqları arasında mədəni körpülər möhkəmlənir
- 14:16 Dünyaşöhrətli tenor Plasido Dominqo Heydər Əliyev Mərkəzində çıxış edəcək
- 14:15 Silahlı Qüvvələr Günü münasibətilə Ağstafada sərgi, konsert və ustad dərsi keçiriləcək
- 09:55 Bakıda tanınmış rəssam Tünzalə Məmmədzadənin fərdi sərgisi açılıb
- 09:33 Ağdamda “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib
- 09:28 "Opera günləri" layihəsi çərçivəsində dahi Bülbül yad edilib
- 16:09 “Musiqili Bakı” layihəsi çərçivəsində gənc müğənni Aysel Əlizadənin konserti keçirilib
- 11:28 Milli Kitabxanada “Folklorşünas alim İslam Ələsgər - 100” adlı kitab sərgisi açılıb
- 11:27 “Başlıbel: mühasirə gündəliyi” filminin premyerası keçiriləcək
- 09:29 Ankarada azərbaycanlı rəssamın sərgisi açılıb
- 09:20 Beynəlxalq muğam müsabiqəsinin qalibləri məlum olub
- 09:16 Azərbaycan UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib
- 09:12 TÜRKSOY akademik Nizami Cəfərovu mükafatlandırıb
- 16:48 Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərində I sinfə şagird qəbulu imtahanları uğurla davam edir
- 16:34 Milli İncəsənət Muzeyində “Bərpa: keçmişə ehtiram, gələcəyə miras” adlı sərgi açılacaq
- 15:46 Mədəniyyət Nazirliyi ötən ay sosial şəbəkələrdə ən çox paylaşım edən qurum olub
- 15:11 “Opera günləri” layihəsi çərçivəsində “Əsli və Kərəm” operası təqdim olunub
- 15:06 Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı olub
- 12:21 Bu gün Xalq artisti Cahangir Cahangirovun anadan olmasının 104 ili tamam olur