XƏBƏRLƏR
MƏLUMAT
Əzim Əzimzadənin “Geyim eskizləri” adlı sərgi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
11/03/2021 10:12

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Əzim Əzimzadənin mənzil- muzeyində layihə rəhbəri Fərəh Əmirovanın təşkilatçılığı ilə Əzim Əzimzadə kollecinin və Rəssamlıq Akademiyası tələbələrinin təşəbbüsü ilə 10 mart Milli teatrın yaranmasının 148 illiyinə həsr olunmuş Əzim Əzimzadənin “Geyim eskizləri" adlı sərgi keçirilib. Əzim Əzimzadə mənzil-muzeyinin direktoru İradə Əzimzadə qonaqları salamlayıb, daha sonra teatrın yaranmasından, teatrın incəsənətin özəyi kimi bütün dünyaya səs salması, şöhrətlənməsində teatr xadimlərimizin rolundan, teatrlarımıza geyim eskizləri, dekorasiyalar çəkən, Xalq rəssamı Əzim Əzimzadə yaradıcılığından bəhs edib.

Azərbaycan qrafika və rəngkarlıq sənətinin görkəmli nümayəndəsi Əzim Əzimzadənin teatrlara çəkdiyi geyim eskizləri və dekorasiyaları Azərbaycan rəssamlığının inkişafına xüsusi təkan verib. Xalq rəssamının teatr eskizləri nəqledici xüsusiyyətə malik kompozisiyalardır.

Daha sonra tələbələrin əl işləri nümayiş olunub.

Baxış sayı: 676