XƏBƏRLƏR
MƏLUMAT
“Dəyirmanın su dərdi” və “Laçın lətifələri” kitabları çap olunub
ÜMÜMİ XƏBƏRLƏR
15/02/2024 14:43

Müasir Azərbaycan poeziyasının istedadlı nümayəndələrindən olan İlham Qəhrəmanın iki kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş bu kitablar şairin folklor seriyasından sayca yeddinci nəşridir.

“Dəyirmanın su dərdi” kitabında onun son illərdə qələmə aldığı cinas qafiyəli 275 müəllif bayatısı toplanıb. Bayatıların mövzusu əsasən sevgidən, ömür yolundan və Qarabağ müharibəsindən bəhs edib.

“Laçın lətifələri” kitabında 30 ilə yaxın müddətdə köçkün həyatı yaşamış Laçın camaatından müəllifin topladığı orijinal lətifələrlə yanaşı, Molla Nəsrəddin kimi xalq arasında məşhur gülüş qəhrəmanı ilə bağlı indiyədək heç bir yerdə çap olunmamış lətifələr də yer alıb.

İlham Qəhrəman “Laçın lətifələri”nin yeni nəşrini Laçın şəhərinin salınmasının 100 illiyinə həsr edib.

 

Baxış sayı: 178