XƏBƏRLƏR
MƏLUMAT
Detektiv yazıçı Müşfiq Abbasovla görüş təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
22/02/2024 16:06

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Qonağımız var” layihəsi çərçivəsində R.Axundov adına Mədəniyyət Evində detektiv yazıçı Müşfiq Abbasovla görüş təşkil edilib. 

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə rəsmilər, mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Görüşün əsas məqsədinin gənc nəslin kitaba, ədəbiyyata marağının artırmaq olduğunu vurğulayan aparıcı sonra  Müşfiq Abbasovun  həyat və yaradıcılığından bəhs edib.

Müşfiq Abbasov çıxışında ədəbiyyat-oxucu münasibətlərinin hazırkı vəziyyətindən, “- 4” , “Qan haqqı”, “Şeytanın siması” kitabları haqqında danışıb.

Sonda yazıçı oxucuların ona ünvanlanan suallarını cavablandırıb və imzalı kitablarını görüş iştirakçılarına hədiyyə edib.

Baxış sayı: 150