Rəsul İbrahim oğlu Rzayev (Rəsul Rza) 1910-cu il may ayının 19-da Göyçay şəhərində anadan olub. İbtidai təhsilini Göyçayda I dərəcəli məktəbdə alıb.
Göyçayın ictimai həyatında fəal iştirak edib, dram dərnəyi yaradıb, şəhərdə, kəndlərdə tamaşalar verib. 1924-cü ildə Göyçay şəhər kitabxanasında müdir, 1925-ci ildə həmkarlar klubunda gənclər bölməsinin müdiri işləyib.
1926-1927-ci illərdə Tbilisidə Zaqafqaziya Kommunist Universitetinin kooperasiya şöbəsində təhsil alıb. Bu dövrdə ilk şeirini “Qığılcım” almanaxında çap etdirib. “Dan ulduzu” jurnalında “Oğul qatili”, “Arvadbaz”, “Dilarə” hekayələri, “Yeni fikir” və “Zarya Vostoka” qəzetlərində bir neçə şeiri dərc olunub.
1930-cu ildə Bakı şəhərinə köçməsi onun yaradıcılığında dönüş yaradıb, “Gənc işçi” qəzeti redaksiyasında tərcüməçi kimi işə düzəlib, məqalə, oçerk və şeirlərini müntəzəm dərc etdirməyə başlayıb. Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasını tərcümə edib, 1983-cü ildə nəşr etdirib.
1931-1933-cü illərdə Azərbaycan Elmi-Tədqiqat İnstitutunun aspiranturasında, 1934-1937-ci illərdə Moskvada Kinematoqrafiya İnstitutunda təhsilini davam etdirib.
1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.
1937-1938-ci illərdə Bakı Kinostudiyasında Ssenari şöbəsinin rəisi, Azərbaycan Dövlət Filarmoniyasının müdiri (1938), 1938-1939-cu illərdə Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri, 1942-1944-cü illərdə Kinematoqrafiya İdarəsində rəis, 1946-1949- cu illərdə Azərbaycan SSR Kinematoqrafiya naziri, Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasının baş redaktoru, Ümumdünya Sülhü Müdafiə Komitəsi rəyasət heyətinin üzvü və respublika üzrə sədri, SSRİ Yazıçılar İttifaqı rəyasət heyətinin üzvü, “Novosti” Mətbuat Agentliyinin Azərbaycan şöbəsi idarəsinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin (VII çağırış) deputatı, Azərbaycan KP təftiş komissiyasının üzvü seçilib, Lenin və SSRİ Dövlət mükafatları komitəsinin üzvü olub.
Böyük Vətən müharibəsi illərində hərbi müxbir işləyən Rəsul Rzanın xalqın qəhrəmanlıq mübarizəsini, qələbəyə inamını, humanizmini əks etdirən "Vətən", "İntiqam! İntiqam…" adlı şer kitabları, "Ölməz qəhrəmanlar", "Qəzəb və məhəbbət", hekayə və oçerk topluları, "Vəfa" pyesi işıq üzü görüb.
"Şerlər" (1959), "Pəncərəmə düşən işıq" (1962), "Duyğular, düşüncələr" (1964), "Dözüm" (1965), "Dünən, bu gün, sabah" (1973), "Güneylər, quzeylər" (1977), "Üzü küləyə" (1979). Şairin "Rənglər" silsiləsi də məşhurdur.
Rəsul Rzanın lirik-epik səpkidə yazılmış "Qızılgül olmayaydı" poeması Azərbaycan ədəbiyyatında repressiya qurbanları mövzusunda yazılmış ən dəyərli əsərlərdən biri sayılır. Poemanın mövzusu Müşfiqin həyatı və taleyindən götürülüb.
Rəsul Rza qələmini məhsulu “Vəfa” və “Görüş” pyesləri, uşaqlar üçün “Balacaların təbiət ensiklopediyası” seriyasından kitabçaları, ədəbi-bədii və publisistik məqalələri, oçerkləri toplanmış “Mənim fikrimcə” kitabı, dillər əzbəri olan “Üzüyümün qaşı füruzədəndir”, “Sənə də qalmaz”, “İnsaf da yaxşı şeydir”, “ Bakı”, “Gilavar”, “Ay Gəncəm” və s. mahnılar nəğməkar şairlə sevimli bəstəkarlarımız T.Quliyevin, R.Hacıyevin, E.Sabitoğlunun, Ə.Tağıyevin və T.Hacıyevınürəklərə yol tapmış əsərləridir. Görkəmli bstəkarımız V.Adıgözəlov isə Rəsul Rzanın şeirləri əsasında "Qəm karvanı" oratoriyasını bəstələyib.
Xidmələri yüksək qiymətləndirilib, 1945-ci ildə “Əməkdar incəsənət xadimi”, 1960-cı ildə “Xalq şairi”, 1980-ci ildə “Sosialist Əməyi Qəhrəmanı” fəxri adlarına layiq görülüb. 1951-ci ildə SSRİ Dövlət mükafatı laureatı olub, 3 dəfə “Lenin ordeni” və medallarla təltif edilib.
Rəsul Rza 1981-ci il aprel ayının 1-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunub.
Bakı küçələrinin biri onun adını daşıyır.
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib