XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti Şövkət Məmmədovanın anadan olmasının 127 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
18/04/2024 14:34

Şövkət Həsən qızı Məmmədova 18 aprel 1897-ci ildə Tiflisdə anadan olub.

O, Milanda musiqi məktəbində məşhur müğənni D.Ambroziodan dərs alıb. Şövkət Məmmədova Kiyev Konservatoriyasında təhsil alarkən  R.Qlierlə birgə konsertlər verib.

Müğənni operasevənlərin yaddaşında  Rozina ("Sevilya bərbəri"), Cilda ("Riqoletto"), Şahsənəm ("Şahsənəm"), Nərgiz ("Nərgiz"), Gülzar ("Şah İsmayıl"), Gülçöhrə ("Arşın mal alan") və digər partiyaları ilə iz buraxıb.

Azərbaycanda ilk not nəşriyyatı, həmçinin Bakıda teatr texnikomu onun təşəbbüsü ilə yaradılıb. Bu, həmdə yaxın şərqdə ilk teatr təhsil ocağı idi.Şövkət Məmmədova ilk qadın opera müğənnisi olub.

Xalq artisti 1981-ci ildə vəfat edib.

Baxış sayı: 146