
Kamil Cəlilov 1938-ci il yanvarın 29-da Bakının Buzovna kəndində sadə bir zəhmətkeş ailəsində dünyaya gəlib. Atası Cəlil kişi İkinci Dünya Müharibəsində ayaqlarını itirib. Dülgərlik sənəti ilə məşğul olan atasının musiqiyə də marağı böyük olub. Ona görə də oğlunun musiqi məktəbində təhsil almağını istəyib. Hətta Kamilə bir nağara da düzəldib.
Musiqi məktəbində təhsil almağa başlayan Kamil təsadüfən eşitdiyi qoboy musiqi alətinin ifaçısı olmaq istəyir. Ancaq atası bu həvəsə qarşı çıxır. Kamil Cəlilov həmin illəri belə xatırlayır:
“Yeni çalmağa başladığım vaxtlarda atam qoboyumu sındırıb, məni döydü, sonra zirzəmiyə saldı. Atam əlil olduğuna görə ifam onun əsəblərinə toxunurdu. Hətta zirzəmidə özümə şərait yaradıb orda qoboy çalırdım. Bu çətinliklərimi görən anam məni oradan xilas etdi.”
Kamil Cəlilov Əhməd Bakıxanovun ansamblında qoşanağara çalır, eyni zamanda qoboy dərslərinə gedib. Bir gün Əhməd müəllim onu yanına çağırır və deyir ki, eşitmişəm qoboy da çalırsan. Gənc Kamil “Bayatı-kürd”ü ifa edir və Əhməd müəllim ona heyran qalır. Bundan sonra studiyaya gedirlər. Beləliklə, Kamil Cəlilovun ilk lent yazısı qeydə alınır.
Sənətinə çox bağlı olan Kamil Cəlilov müsahibələrinin birində belə deyib: “Bir gün qoboy çalmasam, ölərəm. Çörək yeməsəm ondan yaxşıdır.”
Qoboy alətini muğam janrına gətirən ilk sənətçidir. Onu da qeyd edək ki, Fikrət Əmirovun qoboy və fortepiano üçün “Altı pyes”inin ilk ifaçısıdır.
Yəqin, çoxları bilmir ki, 1977-ci ildə NASA-nın “Voyager 1” peyki ilə kosmosa göndərilən qızıl plastinkada Kamil Cəlilovun balaban ilə çaldığı "Çahargah ahəngi" adlı kompozisiya da var.
Onun ifasında "Apardı sellər Saranı", "Sarı bülbül" və bir sıra digər xalq mahnıları çox yanıqlı və kövrək səslənir. Kamil Cəlilovun ifasında Nikolay Rimski-Korsakovun "Çar Soltan haqqında nağıl" operasından "Arının uçuşu", Üzeyir Hacıbəylinin "Firuzə" operasından "Firuzənin ariyası", Fikrət Əmirovun "Mən səni araram", "Göygöl" mahnıları, Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletindən bir sıra fraqmentlər səslənərək, dinləyicilərin yaddaşına əbədi həkk olunub. Fikrət Əmirovun qoboy və fortepiano üçün "Altı pyes"inin ilk ifaçısı da Kamil Cəlilovdur.
Fikrət Əmirov onun çalğısını yüksək qiymətləndirib. Niyazi isə Kamil Cəlilov çalğısına xas olan sadəlik və təbiiliyi xüsusilə vurğulayıb. Qara Qarayev "Üçüncü simfoniya"sının Dövlət Kamera Orkestrində məşqi zamanı Kamil Cəlilovun bu əsərdə texniki cəhətdən mürəkkəb qoboy partiyasını məharətlə ifa etdiyini, eləcə də onun ifasında buradakı solo epizodlara heyran qaldığını bildirib. Kamil Cəlilov Aqşin Əlizadənin də bir sıra kamera əsərlərinin qoboy partiyasını ifa edib. Bəstəkar Oqtay Rəcəbov Kamil Cəlilovu "qoboyun Paqaninisi" adlandırıb.
- 16:47 “Milli musiqimizin dahisi” adlı sənədli film nümayiş olunub
- 14:42 Nyu-Yorkda Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsert keçiriləcək
- 14:15 Azərbaycanı Uşaq Avroviziya 2025 mahnı müsabiqəsində Yağmur Nəsrullayeva təmsil edəcək
- 12:47 “Milli Musiqimizin Memarı” adlı konsert keçirilib
- 09:12 Naxçıvan Dövlət Kukla Teatrının Gəncə və Qax rayonlarına təşkil olunmuş qastrol səfəri uğurla yekunlaşıb
- 09:09 Bakıda 8-ci türk film günləri keçiriləcək
- 09:05 Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert - Üzeyir Hacıbəyli və Türk dünyasının musiqisi
- 15:25 “Dövlət Suverenliyi Günü” mövzusunda mühazirə oxunub
- 12:26 Azərbaycanlı bəstəkar Londonda keçirilən müsabiqədə birinci yerə layiq görülüb
- 12:07 “Azərbaycanfilm” öz “sakinləri” haqqında film çəkir
- 11:31 “Biz əngəlli deyilik, fərqliyik” adlı tədbir keçirilib
- 09:34 Alim Qasımov və digər məşhurlar “Nəsimi” kompozisiyası ilə Şamaxıda çıxış edəcək
- 09:05 Azərbaycan Özbəkistanda beynəlxalq festivalda təmsil olunub
- 11:13 20 Sentyabr Dövlət Suverenliyi Günüdür
- 10:47 20 Sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
- 17:06 Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib
- 15:35 “Suveren dövlət – güclü gələcək” adlı tədbir keçirilib
- 15:09 "Antiterror: 23 saat" sənədli filmi nümayiş olunub
- 14:59 "Azərbaycanın Suverenlik yolunda qələbəsi" adlı dəyirmi masa keçirilib
- 14:53 Azərbaycan ilk dəfə Beynəlxalq Şüşə Biennalesində – “Dərviş” xalçası Sofiyada təqdim olunub
- 12:38 Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları məlum olub
- 16:45 “Üzeyir Hacıbəyli-Azərbaycan musiqisinin memarı” mövzusunda tədbir keçirilib
- 15:19 Doğum günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
- 14:13 Milli Kitabxanada “Üzeyir Hacıbəyli – 140” adlı virtual və ənənəvi sərgi açılıb
- 10:29 18 sentyabr-Milli Musiqi Günüdür
- 09:38 Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:23 Milli Xalça Muzeyində “Əsrlərin sədasında xalça sehri” adlı sərgi açılıb
- 09:12 Qətər Dövləti Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonağı olacaq
- 14:49 “Milli musiqimizin əbədi zirvəsi” adlı tədbir keçirilib
- 14:41 “Atropatena” filminin çəkilişinə hazırlıq gedir
- 14:27 Kiçik Mərdəkan qəsrində bərpa işlərinə başlanılıb
- 14:18 Milli Kitabxanada “18 sentyabr - Milli Musiqi Günü” adlı kitab sərgisi açılıb
- 10:45 Romada Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə konsert proqramı təşkil olunub
- 10:09 18 Sentyabr – Milli Musiqi Günündə Üzeyir musiqisi bütün bölgələrdə səslənəcək!
- 09:30 Özbəkistanda “Azərbaycan xalq musiqisinin əsasları” kitabının özbək dilində nəşrinin təqdimatı keçirilib
- 09:27 Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş XVII Beynəlxalq Musiqi Festivalının Proqramı
- 16:41 Görkəmli bəstəkar Arif Məlikovun 92 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 16:00 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin növbəti uğuru
- 15:54 11-ci BAKI BEYNƏLXALQ KİTAB SƏRGİSİ – REGİONUN ƏN BÖYÜK KİTAB BAYRAMINA SİZ DƏ QOŞULUN
- 15:48 Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə “Əbədi iftixarımız” bədii - sənədli filmi nümayiş olunub
- 15:26 Musiqi Məktəbində Bilik Gününə həsr olunmuş tədbir keçirilib
- 14:21 Dövlət Kukla Teatrının yaradıcı heyəti beynəlxalq festivalın qalibi olub
- 12:06 “Milli Musiqimizin Dahisi –Üzeyir Hacıbəyov ” adlı tədbir keçirilib
- 10:42 "Bilik günü"nə həsr olunmuş sərgi-tədbir keçirilib
- 09:41 Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçiriləcək
- 09:22 Türk Mədəniyyəti və İrsi Fondunda “Aqibətnamə” kitabının təqdimatı keçirilib
- 09:16 Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə Roma şəhərində konsert proqramı təşkil olunacaq
- 14:33 Özbəkistanda Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” kitabının təqdimatı olacaq
- 11:08 Milli Kitabxanada Bilik Günü münasibətilə virtual və ənənəvi kitab sərgisi hazırlanıb
- 09:23 Milli Kitabxanada “Dilçi-alim İsmixan Rəhimov” adlı kitab sərgisi açılıb
- 09:19 Akademik Milli Dram Teatrı yeni mövsümü təntənə ilə açıq elan edib
- 15:53 Attestasiyanın nəticələrinə əsasən təlimlərin üçüncü mərhələsi başlanıb
- 10:07 Azərbaycan Milli Xalça Muzeyində “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” sərgisi açılıb
- 10:02 ICESCO Nəsimi Festivalının təşkilatçıları sırasına daxil olub
- 09:17 İncəsənət təhsilində fərqlənən müəllimlər “Üzeyir Hacıbəyli Mükafatı” ilə təltif olunacaq
- 16:43 Azərbaycan Milli Kitabxanası ilə Mərakeş Milli Kitabxanası arasında onlayn görüş keçirilib
- 16:07 Xalq yazıçısı Elçin Əfəndiyevin Fəxri xiyabanda məzarı ziyarət olunub
- 12:36 “Zamansız və məkansız” sərgisinin açılışı
- 11:24 “Uğura Gedən Yol Əngəl Tanımır” adlı tədbir keçirilib
- 09:25 Maqsud İbrahimbəyovun 90 illiyi münasibətilə ssenari müəllifi olduğu filmlər nümayiş etdirilir