
Əhsən Əliabbas oğlu Dadaşov 1924-cü il sentyabrın 4-də Bakı şəhərində anadan olub. Bakıdakı 22 saylı orta məktəbdə təhsil alıb. 1938-ci ildə 1 saylı Azərbaycan Dövlət Musiqi Texnikumunun (indiki Bakı Musiqi Kolleci) tar sinfinə qəbul olub. Burada Səid Rüstəmov, Mənsur Mənsurov, Ənvər Mənsurovdan dərs alıb, klassik muğam ifaçılığının xüsusiyyətlərini dərindən mənimsəyərək onu inkişaf etdirib.
Onun parlaq istedadı görkəmli bəstəkar və dirijor Səid Rüstəmovun diqqətini cəlb edib və 1940-cı ildə onu rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinə qəbul edib. Əhsən Dadaşovun gənclik illəri dahi bəstəkar Üzeyir Hacıbəylinin rəhbərliyi ilə Azərbaycan mədəniyyətində böyük işlərin həyata keçirildiyi bir dövrə təsadüf edib.
Ötən əsrin 20-ci illərindən Ü.Hacıbəylinin təşəbbüsü ilə not sisteminin xalq çalğı alətlərinə tətbiqi, notlu xalq çalğı alətləri orkestrinin yaranması və digər bu kimi faktlar yeni ifaçılar nəslinin yetişməsinə güclü təkan verib. Onun lentə yazdırdığı “Rast”, “Orta Mahur”, “Şur”, “Zabul-Segah”, “Hümayun”, “Vilayəti - Dilkeş”, “Çahargah”, “Bayatı - Şiraz” və s. muğamları hazırda Azərbaycan Radio və Televiziya Verilişləri Şirkətinin qızıl fondunda mühafizə edilir. Tarzən muğamların və bəstəkar əsərlərinin tar və ud alətlərinin ifaçısı idi.
Görkəmli müğənni Rəşid Behbudovun ansamblının üzvü kimi dünyanın bir çox ölkələrində qastrol səfərlərində olub, Azərbaycan musiqisini təmsil edib. Azərbaycan Televiziya və Radio Verilişləri QSC nəzdində 1960-cı ildə xalq çalğı alətləri ansamblı yaradıb və ömrünün sonuna kimi bu ansamblın bədii rəhbəri olub. Hazırda “Xatirə” xalq çalğı alətləri ansamblı (bədii rəhbəri Adil Bağırov) Əhsən Dadaşovun adını daşıyır. Əhsən Dadaşov bir çox tarzənlərin sənət müəllimi olub.
Onun 40 illik yaradıcılıq fəaliyyətinə nəzər salsaq görərik ki, Əhsən Dadaşovun bütün ömrü Azərbaycan xalqına, onun musiqisinə xidmətdə keçib. Ustad tarzənin qısa, lakin mənalı ömrünün yaradıcılıq dövrünü solist, müşayiətçi, orkestr ifaçısı, ansambl rəhbəri, bəstəçi, pedaqoq-müəllim mərhələlərinə bölmək olar. Ustad tarzən heç vaxt özündən əvvəlki ifaçıları təkrar etməyib, ifa etdiyi kiçik bir musiqi parçasına da yaradıcı yanaşıb. Odur ki, onun çalğısı ilk mizrabdan tanınır.
Əhsən Dadaşov bəstəkar qəlbli sənətkar idi. O, musiqi folklorumuzu zənginləşdirən bir çox rəng, mahnı və rəqs havaları bəstələyib. “Rahab”, “Şur”, “Rast”, “Humayun”, “Segah” rəngləri bu qəbildəndir. Onun bəstələdiyi bir çox mahnılar bu gün də dillər əzbəridir. Hazırda mərhum sənətkarın adını daşıyan “Xatirə” xalq çalğı alətləri ansamblının ifasında milli mahnılarımız geniş şəkildə təbliğ edilir.
Görkəmli tarzən 1953-cü ildə “Əməkdar artist” fəxri adına layiq görülüb. Əhsən Dadaşov 1976-cı il mayın 29-da vəfat edib.
- 09:23 Musiqi və incəsənət məktəbləri müəllimlərinin 2025-ci il üzrə nəzərdə tutulan attestasiyası başa çatıb
- 16:09 “Sirli dolça” – yeni kukla tamaşasının premyerası olacaq
- 15:18 Milli Kitabxanada professor Xəlil İsmayılovun 80 illik yubileyi münasibətilə sərgi açılıb
- 14:23 Filarmoniyada Dövlət Simfonik Orkestrinin növbəti konserti keçirilib
- 14:19 Uşaq Kitabxanasında folklorla bağlı veblioqrafiya hazırlanıb
- 11:08 Azərbaycan Bəstəkarlar İttifaqının yaranma günü konsert proqramı ilə qeyd olunub
- 09:34 Bu gün Xalq artisti Tofiq Mövləvinin anadan olmasının 87-ci ili tamam olur
- 09:17 Azərbaycanlı kinooperator “Euro Cine Expo – 2025” adlı beynəlxalq sərgidə iştirak edib
- 09:04 “Aktyorluğu öyrən” layihəsində diplom tamaşaları təqdim olunub
- 17:28 “Azərbaycan kinooperatorları” kitabı nəşr olunub
- 14:36 Açıq havada kitab sərgisi təşkil edilib
- 14:20 "İnci" rəqs ansamblının "86,6" adlı hesabat konserti təqdim olunub
- 12:26 "Müasir Azərbaycan Ordusu müstəqilliyimizin və suverenliyimizin qarantıdır" mövzusunda dəyirmi masa keçirilib
- 11:42 İçərişəhərdə həvəskar rəssamların əsərlərindən ibarət sərgi açılıb
- 11:05 26 İyun- Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib
- 10:28 Mədəniyyət naziri Adil Kərimli Lerikdə vətəndaşları qəbul edəcək
- 09:49 Vyana Mədəniyyət Mərkəzində Avstriyada yaşayan azərbaycanlı incəsənət xadimləri və tələbələrlə görüş keçirilib
- 09:46 Milli Kitabxanada “Professor Pənah Xəlilov – 100” adlı kitab sərgisi açılıb
- 09:33 Stokholmda “Türk dünyasının milli mədəniyyəti” adlı konsert proqramı keçirilib
- 11:59 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş konsert proqramı təqdim edilib
- 16:50 "Müzəffər Sərkərdə, yenilməz Ordu" adlı tədbir keçirilib
- 16:31 “Sağlam həyat – sağlam gələcək” mövzusunda maarifləndirici sərgi keçirilib
- 16:14 Milli Kitabxananın yeni loqosunun təqdimatı olub
- 16:11 “Şanlı Zəfər tariximiz” adlı tədbir keçirilib
- 15:58 Gənclər Kitabxanasında “Narkomaniya: insanlığa qarşı böyük bəla” adlı məlumat bülleteni hazırlanıb
- 14:20 Zaqrebdə Azərbaycan cazının təntənəsi
- 13:35 Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərində I sinfə şagird qəbulu imtahanları davam edir
- 12:17 Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Zaqreb Milli və Universitet Kitabxanasını ziyarət edib
- 12:02 Amaliya Pənahovanın 80 illiyi münasibətilə “Xan qızı” tamaşası nümayiş olunub
- 12:01 Gənclər Kitabxanasında Silahlı Qüvvələr Günü münasibətilə silsilə materiallar hazırlanıb
- 10:37 Azərbaycanın Xorvatiyadakı Səfirliyində iki ölkənin mədəniyyət və yaradıcı sənaye təmsilçilərinin işgüzar görüşü keçirilib
- 09:46 “Baş” tamaşasına ictimai baxış keçirilib
- 09:43 Milli İncəsənət Muzeyində “Restavrasiya: keçmişə ehtiram, gələcəyə miras” adlı sərgi açılıb
- 09:20 Avstriya caz triosu “Baku Piano Festival 2025”də çıxış edib
- 09:18 Mədəniyyət naziri Zaqrebdə xorvatiyalı həmkarı ilə görüşüb
- 16:12 “Ordumuz Vətən keşiyində” adlı tədbir keçirilib
- 14:51 “Fikrət Qocanın söz sənəti xəzinəsi” adlı material istifadəçilərə təqdim olunub
- 14:05 Mədəniyyət nazirinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Xorvatiyada səfərdədir
- 13:58 Milli Kitabxanada sərgi açılıb
- 12:38 Filarmoniyada violin axşamı – Hökümə Əliyevanın tələbələrinin konserti
- 09:33 Beynəlxalq Muğam Mərkəzində IV Bakı Piano Festivalı çərçivəsində növbəti konsert keçirilib
- 09:27 Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində konsert keçirilib
- 09:18 Musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası davam edir
- 16:28 Mərdəkan Mədəniyyət Sarayında tədbir keçirilib
- 16:21 “Şuşa, sən azadsan!” filmi nümayiş olunub
- 16:18 “Şah Abbas Namə" tamaşasının premyerası keçirilib
- 16:15 Özbəkistanda Türk dünyası xalqları arasında mədəni körpülər möhkəmlənir
- 14:16 Dünyaşöhrətli tenor Plasido Dominqo Heydər Əliyev Mərkəzində çıxış edəcək
- 14:15 Silahlı Qüvvələr Günü münasibətilə Ağstafada sərgi, konsert və ustad dərsi keçiriləcək
- 09:55 Bakıda tanınmış rəssam Tünzalə Məmmədzadənin fərdi sərgisi açılıb
- 09:33 Ağdamda “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib
- 09:28 "Opera günləri" layihəsi çərçivəsində dahi Bülbül yad edilib
- 16:09 “Musiqili Bakı” layihəsi çərçivəsində gənc müğənni Aysel Əlizadənin konserti keçirilib
- 11:28 Milli Kitabxanada “Folklorşünas alim İslam Ələsgər - 100” adlı kitab sərgisi açılıb
- 11:27 “Başlıbel: mühasirə gündəliyi” filminin premyerası keçiriləcək
- 09:29 Ankarada azərbaycanlı rəssamın sərgisi açılıb
- 09:20 Beynəlxalq muğam müsabiqəsinin qalibləri məlum olub
- 09:16 Azərbaycan UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib
- 09:12 TÜRKSOY akademik Nizami Cəfərovu mükafatlandırıb
- 16:48 Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərində I sinfə şagird qəbulu imtahanları uğurla davam edir