XƏBƏRLƏR
MƏLUMAT
Bu gün arxeoloq-alim Aləm Nuriyevin doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
07/10/2021 01:30

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu İlk orta əsrlər Azərbaycan arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, professor, arxeoloq Aləm Nuriyev 1936-cı il oktyabrın 7-də Şamaxı rayonunun Göylər kəndində anadan olub. O, 1984-1989-cu illərdə qədim Bərdə şəhərinin araşdırılması məqsədilə qazıntı işlərində iştirak edib.

Aləm Nuriyev 1984-cü ildə Bərdə rayonunun Şatırlı kəndi yaxınlığında üzərində alban əlifbası ilə yazılar yazılmış insan fiqurlu qədim məzardaşı abidəsini aşkar edib.

Aləm Nuriyevin əsərləri: “Qafqaz Albaniyasının şüşə məmulatı və istehsalı tarixi”. Bakı: Elm, 1981, “Bərdə şəhərinin tarixi arxeoloji oçerki”. Bakı: Elm, 2001, “Orta əsr Bərdə şəhəri”. Bakı: Elm, 1986, “Pir Mərdəkan - Xənəgah kompleksi”. “Qafqaz Albaniyası şəhərinin topoqrafiyası və sənətkarlığı”.

Aləm Nuriyev əsasən Qafqaz Albaniyasının müxtəlif problemlərinin tədqiqi və öyrənilməsi, sənətkarlıq, şüşə, dulusçuluq, metalişləmə tarixi, Bərdə şəhərinin inkişaf mərhələləri, xaraba şəhərlərin (Şamaxı, Bərdə, Naxçıvan, Ərəs və s.) üzrə çıxarılması və Azərbaycan tarixinin digər problemlərinin öyrənilməsi və tədrisi ilə məşğul olub. 

115-dən çox elmi məqalənin müəllifi olan arxeoloq Rusiya Federasiyası Abidələrinin Mühafizəsi Cəmiyyətinin üzvü olub.

Aləm Nuriyev 2004-cü ildə vəfat edib.

Baxış sayı: 211