
Əhməd Cəmil şeirimizin dünənində yaşayan, lakin bu günün özündə də ustad kimi anılan şairdir.
Əhməd Cəmil çox sakit, təmkinli, həm də son dərəcə mədəni bir insan idi. Bu sakitliyin, təmkinin və mədəniyyətin arxasında isə istedad amili durub. Onun yaşadığı dövrün ədəbi mübahisələrinin heç birində adı hallanmır, Əhməd Cəmil bu mübahisələrin heç birinə qoşulmayıb, əgər belə demək mümkünsə, sakitcə oturub öz şeirini yazıb. Bu şeirlər haqqında Səməd Vurğun kimi ustad şairlər, Məmməd Arif kimi görkəmli tənqidçilər məqalə yazır, onun poeziyasını yüksək qiymətləndiriblər. Əhməd Cəmil savadlı və həm də təmiz bir insan olduğu üçün vəzifəyə irəli çəkiblər (bir müddət o, Azərbaycan Yazıçılar İttifaqının məsul katibi olub, sonra “Azərbaycan” və “Ulduz” jurnallarına da rəhbərlik edib), bu vəzifələrdə etimadı həmişə doğruldub.
Şair Əhməd Cəmilin yaradıcılıq yolu keçən əsrin iyirminci illərindən başlayır. Orta məktəbin yeddinci sinfində oxuyarkən “Gözəl Qafqaz” adlı ilk şeiri “Qızıl Gəncə” jurnalında dərc olunub. Elə həmin illərdə Azərbaycan Proletar Yazıçılar cəmiyyətinin Gəncə bölməsində fəal iştirak edib. İlk şeirlərində o dövrün əksər cavan şairləri kimi yeni quruluşu vəsf edən Əhməd Cəmil tezliklə gənc proletar şairlərin cərgəsinə qoşulur, Gəncədə və Bakıda nəşr olunan qəzet və jurnallarda mütəmadi çıxış edir. Bakıda Ali Pedoqoji İnstitutda təhsilini başa vurduqdan sonra yeddi il Şəmkir və Gəncədə orta və ali məktəblərdə müəllim işləyir. Ancaq bölgədə yaşasa da, o artıq müasir ədəbi prosesin fəal iştirakçısına çevrilib. 1940-cı ildə o, Bakıya gəlir və ömrünün sonunacan taleyini bu şəhərlə bağlayır. Müharibə illərində isə Əhməd Cəmil bir şair kimi daha çox məşhurlaşır. Böyük şairimiz Səməd Vurğun onun müharibə dövrü yaradıcılığına ayrıca bir məqalə həsr edir.
Əhməd Cəmilin istənilən şeir kitabında partiyaya, Leninə, Oktyabra həsr edilmiş şeirlər tapmaq olar və bunu gizlətmək də lazım deyil. Lakin Əhməd Cəmil bu mövzuda olan şeirlərdə öz ilhamını zorlamayıb, o mövzularda məhz şair Əhməd Cəmil olduğunu sübut edib. Ancaq Əhməd Cəmili yaşadan, onu unutdurmağa qoymayan şeirlər də çoxdur və həmin şeirlər XX əsr Azərbaycan poeziyası tarixində fakt kimi yox, parlaq nümunə kimi xatırlanır.
– Ay nənə, bir nağıl de!
– Ömrüm-günüm, yat daha,
Hamısını indi desəm, nağıl qalmaz sabaha.
– Can nənə, de birini də.
– Ağrın alım, sözə bax.
Evimizdə səndən savay, gör heç varmı bir oyaq?
Gecə keçib, ev soyuyub, hənir gəlmir ocaqdan;
Taxt üstündə məstan pişik, odur yatıb bayaqdan.
Ört üstünü, dərdin mənə, bax, eşikdə yel əsir...
Bir gizilti duyur uşaq vücudunda bu ara,
Həsrət qonan gözlərini zilləyərək divara,
Çarpayının baş ucunda öz əliylə asdığı
Şəklə baxır, fikrə gedir, qucaqlayıb yastığı
– Bəs ay nənə, atam indi haradadır, görəsən?!
– Bıy, başıma nələr, oğul, yatmayıbsan hələ sən?!
– Axı, nənə, heç demirsən atam haçan gələcək,
İndi onu səngərdə bəs üşütmürmü qar, külək?
Etiraf edək ki, Azərbaycan poeziyasında bu dərəcədə səmimi şeir o qədər də çox deyil. Həm də bu poetik nümunə süjetli şeirin ən gözəl örnəklərindən biri hesab edilməlidir.
Əhməd Cəmil bütün yaradıcılığı boyu poema adına bircə nümunə də yazmayıb. O, ömrünün sonunacan lirik şeir ustası kimi tanınıb. Xüsusilə müharibə illərində yazdığı şeirlərdə pafos və ritorika yoxdur, mədh və tərənnüm zilə qalxmır, şair əsgər qəlbinin çırpıntılarını şeirə gətirib.
Əhməd Cəmil insan hisslərinin, duyğularının rəssamı idi. Budur, müharibənin od-alov saçan səngərindən bir əsgərin qəlbi həzin-həzin səslənir:
Ocaq sönür, yel əsir, yağış döyür səngəri..
Yenə düşür yadıma ömrün ötən günləri.
Hanı, hanı deyirəm, o dilimin əzbəri,
İlk görüş, son ayrılıq xatırında qalırmı
Görəsən, o gözəl qız məni yada salırmı?
Ötən bulud, uçan quş! Mən burda, yar vətəndə...
Bəlkə düşdü yolunuz bir gün bizim də kəndə.
Görün, bağa-eyvana sərin kölgə düşəndə
O qız yenə oxuyur, şən mahnılar çalırmı?
Görün, hər nəğməsində məni yada salırmı?
Onun “Kənd xatirələri” silsiləsindən olan “Gülalı əmi”, “Əmrahın anası” şeirləri məhz bu bədii məziyyətlərinə görə seçilir. Onun şeirlərini oxuduqca, fikirləşirsən ki, bu gün üçün bunların hissi-emosional təsiri o illərdə olduğu kimi qalırmı? Əlbəttə, bəzi şeirlərində bunu axtarmaq əbəsdir, ancaq elə şeirlər də var ki, bu gün onlardan öyrənmək heç də pis olmazdı.
Əhməd Cəmil də beynəlxalq mövzuda şeirlər yazıb. “Bu gecə Nəsimi gəlmişdi bizə”, “Təbrizdə”, “Səməd Behrəngi”, “Ancela Devisə”, “Zəncilər məhəlləsi”, “Kuba vətənpərvərləri”, “Xulian Qrimau”, “Konqo” və s. şeirlər buna misal ola bilər.
Əhməd Cəmil bədii yaradıcılıqda olduğu kimi tərcüməyə də tələbkarlıqla yanaşıb. Onun müxtəlif illərdə V.Hüqodan, Nekrasovdan, İ.Frankodan, K.Simonovdan tərcümələri olub və əgər bu tərcümələrə də diqqət yetirsək, poeziyasına xas olan keyfiyyətləri burada da hiss edə bilərik.
Əhməd Cəmilin ömrünün son 10-15 ilində üstündə böyük zəhmət çəkdiyi bir tərcümə əsəri var ki, bu yazıda həmin əsər haqqında söz açmamaq insafsızlıq olardı. Bu, dahi alman şairi Hötenin “Faust” əsəridir. Ə.Cəmilin bu əsərə müraciətinin səbəbi, ilk növbədə, Hötenin Şərq xalqlarının ədəbiyyatına məftunluğundan irəli gəlib.
1983-cü ildə Ə.Cəmilin 70 illiyi münasibətilə “Azərbaycan” jurnalında bir yazı çap olunub, 1993-cü ildə də 80 illiyi qeyd olunub, beş il sonra da Ə.Cəmil unudulmayıb. Bütün bu təşəbbüslərdə isə Ə.Cəmilin oğlu Eldar Cəmilzadə ən yaxın köməkçimiz idi. O, atasının ədəbi irsini göz bəbəyi kimi qoruyub, Əhməd Cəmil adını unutmağa qoymayıb. 2000-ci ilin yayında Eldar redaksiyaya belə bir yazı gətirib: “Faust” Azərbaycan dilində”. Bu məqalədə o, atasının bu tərcümə ilə bağlı apardığı axtarışlardan, çəkdiyi zəhmətlərdən söz açıb.
Məqalənin çapı jurnalın dekabr nömrəsi üçün planlaşdırılıb. Lakin...günlərin birində baş redaktor İntiqam Qasımzadə kədərli bir xəbər çatdırdı mənə: Eldar Cəmilzadə xahiş edir ki, mümkünsə onun yazısı tez çap olunsun, o, ağır xəstədir və...
“Və” sözündən sonra dəhşətli bir söz gəlirdi.
Həmin məqalə oktyabr nömrəsində çap olunub.
Az sonra isə Eldar Cəmilzadə dünyadan köçüb. Atasına layiq, onun kimi sadə, təmkinli və istedadlı bir insan... Allah rəhmət eləsin!
Əhməd Cəmilin son şeirlərinin birində belə misralar var:
İki mininci ildə,
Gəzəcəkmisözlərim
Yenə ağızda, dildə?!
İnanıram, bilirəm,
Onda mən olmasam da
Qəlblərdə qalacağam.
Əhməd Cəmil səhv etmirdi – bu inamı onun şeirləri, poetik dünyası yaradıb.
Əhməd Cəmil 2000-ci ildə də anıldı, indi də anılır və gələcək illərdə də unudulmayacaq.
Vaqif YUSİFLİ
filologiya elmləri doktoru
525-ci qəzet.- 2013.- 24 avqust.- S.19.
- 17:03 “Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycan diplomatiyası” mövzusunda konfrans keçirilib
- 15:42 “Cadenza” orkestrinin növbəti konsert proqramı Xəyyam Mirzəzadənin 90 illiyinə həsr olunacaq
- 11:16 Türkmənistan Mədəniyyəti Günləri Gəncədə konsert proqramı ilə başa çatıb
- 10:10 Georgi Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 10:06 “Daha yaxşı gələcəyin vədi” – Bakıda Meksika muzeyinin sərgisi açılıb
- 09:16 Dənizkənarı Milli Parkda Türkmənistanın mətbəx mədəniyyətinin təqdimatı olub
- 16:22 “Konstitusiya və Suverenlik: Dövlətçiliyimizin təməl dəyərləri” mövzusunda dəyirmi masa keçirilib
- 16:16 “Misralarda yaşayan ömür” adlı tədbir keçirilib
- 15:08 “Müstəqilliyimiz bizim ən böyük sərvətimizdir” adlı tədbir keçirilib
- 12:19 Xanəndəlik ixtisası üzrə ustad dərsi
- 12:00 Milli Kitabxanada “İctimai xadim Fazil Mustafa – 60” adlı ənənəvi kitab sərgisi açılıb
- 10:52 Ustad tarzən, Xalq artisti Ramiz Quliyev vəfat edib
- 09:17 Moskvada Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
- 16:52 Azərbaycan Milli Kitabxanasında “Türkmənistan ədəbiyyatı guşəsi”nin açılışı olub
- 15:55 Şanlı Zəfərin beşinci ildönümü münasibətilə tədbir keçirilib
- 14:17 Violonçel ixtisası üzrə ustad dərsi
- 11:24 Türkmənistan Mədəniyyəti Günləri möhtəşəm konsert proqramı ilə açılıb
- 10:22 Balaban ixtisası üzrə ustad dərsi
- 10:11 Türkmənistan Mədəniyyəti Günləri çərçivəsində "Türkmən milli irsinin dayağı - Arxadağ" adlı sərgi açılıb
- 09:45 Azərbaycanın mədəni irsi Sofiyada təqdim edilib
- 09:14 Violin ixtisası üzrə ustad dərsi
- 09:12 Paytaxt 20-ci “Baku Jazz Festival”ına hazırlaşır
- 16:56 Fortepiano ixtisası üzrə ustad dərsi
- 15:29 Mədəniyyət Nazirliyində Türkmənistan nümayəndə heyəti ilə görüş keçirilib
- 14:25 Kamança ixtisası üzrə ustad dərsi
- 14:12 Gənc Tamaşaçılar Teatrında tanınmış yazıçı İlqar Fəhminin 50 illik yubileyi qeyd olunub
- 11:58 Daşkənddə Özbəkistan və Azərbaycanın ədəbi əlaqələrindən bəhs edən beynəlxalq konfrans təşkil olunub
- 11:23 Mədəniyyət naziri Adil Kərimli Xızıda vətəndaşları qəbul edəcək
- 09:57 Gələn il Bakıda “2-ci Uşaq Teatrı Festivalı” keçiriləcək
- 09:54 Türkmənistan Mədəniyyəti Günləri münasibətilə qardaş ölkənin nümayəndə heyəti Azərbaycana səfərə gəlib
- 09:15 Kopenhagendə Azərbaycanın Zəfər Günü və Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunub
- 16:50 Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə silsilə ustad dərslərinə başlanılıb
- 16:31 H.Abbasov adına Mədəniyyət Mərkəzində “Arşın mal alan” operettasının premyerası baş tutub
- 16:20 “Müasir kontekstdə muzey işi: muzeydə kommunikasiya və ziyarətçi xidməti” adlı treninq keçirilib
- 15:42 Mərdəkan Mədəniyyət Sarayında sərgi keçirilib
- 15:00 Azərbaycan tarixinə həsr olunmuş yeni filmin çəkilişlərinə başlanılıb
- 12:30 Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Həmid Abbas - 90” adlı kitab sərgisi açılıb
- 11:01 Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri keçiriləcək
- 09:53 Bu gün görkəmli alim Aida İmanquliyevanın anadan olmasının 86 ili tamam olur
- 16:34 Xalq artisti Əminə Yusifqızı vəfat edib
- 15:45 “Heydər Əliyev və Azərbaycanda idman siyasəti” mövzusunda dəyirmi masa keçirilib
- 14:56 Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsinin seçim mərhələsi keçirilib
- 14:49 Əməkdar rəssam, professor Arif Ələsgərovun “Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərgisi açılıb
- 12:17 TÜRKSOY-la əməkdaşlıq məsələləri müzakirə olunub
- 12:16 Mədəniyyət naziri Adil Kərimli Naxçıvanda vətəndaşları qəbul edəcək
- 11:08 “Xalq şairi Bəxtiyar Vahabzadə 100” elektron məlumat bazası yaradılıb
- 09:22 Nyu-Yorkda Üzeyir Hacıbəylinin 140 illiyinə həsr edilmiş konsert
- 09:04 Akademik Opera və Balet Teatrının orkestri Omanda çıxış edəcək
- 17:16 Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”nin qaliblərini elan etdi
- 15:46 Əmmanda “Əsrlərin sədası: Azərbaycan musiqi alətləri” adlı sərgi açılıb
- 14:07 “Şükriyyə” tamaşası Gürcüstanda nümayiş olunacaq
- 10:09 Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam və aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə xüsusi müsabiqə davam edir
- 09:59 “Heydər Əliyev və Azərbaycan” layihəsi çərçivəsində açıq dərs keçirilib
- 09:55 Ustad dərsləri keçiriləcək
- 16:56 Milli Konservatoriyada Mənsum İbrahimovun 65 illik yubileyi qeyd edilib
- 15:55 Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş şeir müsabiqəsinin yekun turu keçirilib
- 15:51 Şəhid polkovnik-leytenant Mehman Qənbərova həsr olunmuş tədbir keçirilib
- 12:01 “Mədəniyyət sahələri üzrə ümumi qrant müsabiqəsi” və “Mədəni və yaradıcı sənayelər üzrə xüsusi qrant müsabiqəsi” çərçivəsində təqdim edilmiş layihə təkliflərinin ilkin seçimi və qiymətləndirilməsi başa çatmışdır
- 09:37 C. Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 09:23 Qazaxıstan mətbuatında Üzeyir Hacıbəylinin 140-cı ildönümü ilə əlaqədar məqalə dərc olunub