XƏBƏRLƏR
MƏLUMAT
Bakıdakı Rus evində məşhur sirk ustası Allahverdi İsrafilov ilə görüş olub
ÜMÜMİ XƏBƏRLƏR
15/02/2024 09:36

Azərbaycan və Rusiya xalqlarının Dostluq Klubu çərçivəsində sirk “Oskar”ı almış ilk azərbaycanlı, 50-dən çox sirk proqramının təşkilatçısı Allahverdi İsrafilov ilə görüş keçirilib.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildirilib ki, tədbir Bakıdakı Rus evi ilə birgə Azərbaycanın Rus Gəncləri Assosiasiyası tərəfindən təşkil olunub.

Görüş zamanı məşhur sirk artisti Monte-Karloda və Sankt-Peterburqdakı Beynəlxalq Paytaxt Sirkləri Festivalında qazandığı Qran-Pri barədə təəssüratlarını bölüşüb və gənclərin suallarını cavablandırıb. İri heyvanların çıxışları zaman təhlükəsizlik texnikası üzrə hansı tədbirlərin görüldüyü və sirkin beynəlxalq münasibətlərə necə təsir etdiyi barədə danışıb.

Allahverdi İsrafilov, həmçinin Bakı Dövlət Sirkinin yaxın vaxtda tamaşaçılar üçün hazırladığı maraqlı proqramlardan bəhs edib.

 

Baxış sayı: 178