XƏBƏRLƏR
MƏLUMAT
Bakı Uşaq və Gənclər Teatrı şəhid oğullarımızın övladları üçün şənlik keçirib
ÜMÜMİ XƏBƏRLƏR
30/12/2021 09:47

Yeni il və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı Suraxanı, Binəqədi və Sabirabad rayonlarında şəhid oğullarımızın övladları üçün şənlik keçirib.

Tədbirdə Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilat sədri Vüqar Seyidov, Sabirabad rayon Gənclər İdman İdarəsinin rəisi Nadir Quliyev, rayon ictimaiyyət nümayəndələri, şəhid ailələri iştirak ediblər. 

Yeni il bayramının ənənəvi personajları Şaxta baba və  Qar qız  şənliyə qatılaraq uşaqları təbrik edib.

Bundan başqa, Bakı Uşaq və Gənclər Teatrının  “Qış nağılı” və “Ağıllı Tülkü” tamaşaları şənliklərdə nümayiş olunub.

Baxış sayı: 412