
Nəcibə Məcid qızı Behbudova 6 yanvar 1914-cü ildə Tiflisdə anadan olub. Məşhur müğənni Rəşid Behbudovun böyük bacısıdır. Atası Məcid Behbudov el xanəndəsi kimi tanınıb. Anası Firuzə Vəkilova isə müəllimə işləyib. Altı yaşında olanda Tiflisdəki əmək məktəbinə gedib. Nəcibə xanım doqquz yaşında olanda məktəbdə oxumaqla yanaşı, Nəriman Nərimanov adına klubun dram və rəqs dərnəklərinə üzv olub. Məktəbi 1930-cu ildə bitirib.
1931-ci ildə Bakıya gəlib və burda Hidrologiya Texnikumuna daxil olub. Dinləyici kimi Bülbülün Konservatoriyadakı sinifinə gedib və vokal ifaçılığının müəyyən peşəkarlıq xüsusiyyətlərinə yiyələnib. Səsi messo-soprano idi. Hətta konsertlərdə müğənni kimi çıxış edib. Lakin 1933-cü ildə anası rəhmətə getdiyi üçün Tiflisə qayıdıb. Bir müddətdən sonra Mirzə Fətəli Axundzadə adına Tiflis Azərbaycan Teatrının truppasına daxil olub. Əvvəlcə tamaşalarda dəvətli aktrisa kimi çıxış edib. 1 noyabr 1937-ci ildən 9 may 1939-cu ilə kimi isə teatrın aktyor ştatında olub. Bir müddət osmanlı türklərinin və azərbaycanlıların məskunlaşdıqları Gürcüstanın Adıgün rayonunda Kolxoz və Sovxoz Teatrında çalışıb.
Aktrisa 1940-cı ildə yenidən Tiflis teatrına dəvət edilib. 1941-1945-ci illərdəki Böyük Vətən müharibəsi dövründə həm teatrda aktrisalıq edib, həm də bir sıra mədəni-maarif müəssisəslərində yeniyetmələrin incəsənətə yiyələnmələri sahəsində səmərləri işlər görüb. Nəcibə Behbudova Tiflis teatrında repertuarındakı əsas və məcmunca sanballı tamaşalarda çıxış edib. Aktrisanın Tiflis Teatrında ifa etdiyi əsas rolları Sevil, Solmaz (“Sevil”, “Od gəlini”, C.Cabbarlı), Dezdomona, Ofeliya (“Otello”, “Hamlet”, U.Şekspir), Gülçöhrə, Leyli (“Arşın mal alan”, “Leyli və Məcnun”, Ü.Hacıbəyli), Atlas (“Həyat”,M.İbrahimov), Ziynət, Sənubər (“Toy”, “Xoşbəxtlər” S.Rəhman), Gülnar - (“Vaqif”,S.Vurğun), Nigar (“Koroğlu”, H.İsmayılov), Vəfa - (“Vəfa”, R.Rza), Səhərbənd - (“Qız qalası”, R.Şahvələd), Lalə - (“Vətən oğlu”, K.Simonov).
Tiflisdə Azərbaycan mədəniyyətinə soyuq münasibət yaradıldığına, səhnə sənətimizin inkişafı üçün əngəllər törədildiyinə görə 1947-ci ildə Tiflis Dövlət Azərbaycan Teatrı bağlanıb. Nəcibə Behbudova Bakıya gəlib və Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul edilib. Dram teatrlarının səhnələrində kifayət qədər sənət təcrübəsi toplamış aktrisa truppanın yaradıcı heyətinə tez və uğurlu daxil olub. 1949-cu ildə Musiqili Komediya Teatrı bağlananda ansamblda (15 may 1952 - 25 iyun 1953) və musiqili qiraət ansamblında (3 may 1958 - 26 noyabr 1961) çalışıb. Daha çox teatra bağlı olan Nəcibə Behbudova 26 noyabr 1961-ci ildə yenidən Musiqili Teatrına qayıdıb və ömrünün sonuna kimi bu teatrda çalışıb.
Tipik məşiət personajlarını xüsusi şövqlə oynayıb. Bu baxımdan bədii-estetik səciyyələrinə, yumor təravətinə və ifa özəlliklərinə görə aktrisanın aşağıdakı rolları daha xarakterik təsir bağışlayıb:
Leyli, Sevgili və Gövhər (“Gözün aydın”, Məhərrəm Əlizadə, Fikrət Əmirov), Nanaz, Səlbi (“Beşmanatlıq gəlin”, Məmməd Səid Ordubadi, Səid Rüstəmov), Durna (“Durna”, Süleyman Rüstəm, Səid Rüstəmov), Kətanə (“Hacı Kərimin Aya səyahəti”, Qulamrza Cəmşidi və Əbülfəz Hüseyni, bəstəkar Azər Rzayev), Tükəz (“Hacı Qara”, M.F.Axundzadə, Şəmsi Bədəlbəyli, Vasif Adıgözəlov), Xeyransa, Kübar qadın, Nailə,Matan (“Sevindik qız axtarır”, “Milyonçunun dilənçi oğlu”, “Özümüz bilərik”, “Olmadı belə oldu belə” Şıxəli Qurbanov, Süleyman Ələsgərov), Mərmər (“Səndən mənə yar olmaz”, Məhərrəm Əlizadə, Əşrəf Abbasov), Tamaşa xala və Cəhrə arvad (“Altı qızın bir Pəri”, Məhərrəm Əlizadə, Tofiq Bakıxanov və Nəriman Məmmədov), Mələk (“Ev bizim,sirr bizim”, Novruz Gəncəli, Şəfiqə Axundova), Badamnisə (“Höcət eləmə”, Qazı Məmmədov, Ağabacı Rzayeva və İsmayıl Quliyev), Rəfiqə (“Birzə bircə xal lazımdı”, Qulamrza Cəmşidi, Bəşir Səfəroğlu, Telman Hacıyev), Cənnət xala, Mülayim (“Qayınana”, Məcid Şamxalov, Zakir Bağırov), Səlmi (“Ləpələr”, Əliağa Kürçaylı, Arif Məlikov), Məxmərcan (“Məmmədəli kurorta gedir”, Atif Zeynallı,Tofiq Bakıxanov və Nəriman Məmmədov), Kabato (“Keto və Kote”, Levon Cubabiriya, Vladmir Dolidze, Tələt Əyyubov), Mələkxanım (“Əlli yaşında cavan”, Zülfüqar bəy Hacıbəyli), Həmişəxanım, Cahan (“Həmişəxanım”, “Gurultulu məhəbbət” Salam Qədirzadə), Yaqut (“Dağlar qoynunda”, Ədil İsgəndərov, Əşrəf Abbasov), İnsaf (“Qız görüşə tələsir”, Adil Babayev, Tofiq Bakıxanov və Nəriman Məmmədov), Zeynəb,Güllü (“Boşanaq evlənək”, “Nənəmin şahlıq quşu”, Əliağa Kürçaylı, Vasif Adıgözəlov), Gülüstan (“Təzə gəlin”, Seyfəddin Dağlı, Cahangir Cahangirov), Xadimə (“Yertutanlar”, Faiq Mustafayev, Adil Bəbirov), Gilas xala (“Naznaz xanım naz eləyir”, Məhərrəm Əlizadə, Nazim Əliverdiyev), Güləndam (“Qonşumuzda bir oğlan var”, Məhərrəm Əlizadə, Ramiz Mustafayev)
Nəcibə Behbudova “Ulduz” (Tamam), “Araqarışdıranlar” (Sona xala), “Bəyin oğurlanması” (Bibixanım), “Fəryad” (erməni axçısı) filmlərində çəkilib. Teatr sənətdəki xidmətlərinə görə 1 iyun 1974-cü ildə Azərbaycan SSR Əməkdar artisti fəxri adı ilə təltif olunub.
Teatr rejissoru Ağaəli Məstanovla evli olan Nəcibə xanımın 2 övladı olub. Oğlu Cəfər Behbudov 80-cı illərdə müğənni kimi populyar olub.
Aktrisa 7 dekabr 1999-cu ildə Bakıda vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub.
- 16:09 “Sirli dolça” – yeni kukla tamaşasının premyerası olacaq
- 15:18 Milli Kitabxanada professor Xəlil İsmayılovun 80 illik yubileyi münasibətilə sərgi açılıb
- 14:23 Filarmoniyada Dövlət Simfonik Orkestrinin növbəti konserti keçirilib
- 14:19 Uşaq Kitabxanasında folklorla bağlı veblioqrafiya hazırlanıb
- 11:08 Azərbaycan Bəstəkarlar İttifaqının yaranma günü konsert proqramı ilə qeyd olunub
- 09:34 Bu gün Xalq artisti Tofiq Mövləvinin anadan olmasının 87-ci ili tamam olur
- 09:17 Azərbaycanlı kinooperator “Euro Cine Expo – 2025” adlı beynəlxalq sərgidə iştirak edib
- 09:04 “Aktyorluğu öyrən” layihəsində diplom tamaşaları təqdim olunub
- 17:28 “Azərbaycan kinooperatorları” kitabı nəşr olunub
- 14:36 Açıq havada kitab sərgisi təşkil edilib
- 14:20 "İnci" rəqs ansamblının "86,6" adlı hesabat konserti təqdim olunub
- 12:26 "Müasir Azərbaycan Ordusu müstəqilliyimizin və suverenliyimizin qarantıdır" mövzusunda dəyirmi masa keçirilib
- 11:42 İçərişəhərdə həvəskar rəssamların əsərlərindən ibarət sərgi açılıb
- 11:05 26 İyun- Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib
- 10:28 Mədəniyyət naziri Adil Kərimli Lerikdə vətəndaşları qəbul edəcək
- 09:49 Vyana Mədəniyyət Mərkəzində Avstriyada yaşayan azərbaycanlı incəsənət xadimləri və tələbələrlə görüş keçirilib
- 09:46 Milli Kitabxanada “Professor Pənah Xəlilov – 100” adlı kitab sərgisi açılıb
- 09:33 Stokholmda “Türk dünyasının milli mədəniyyəti” adlı konsert proqramı keçirilib
- 11:59 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş konsert proqramı təqdim edilib
- 16:50 "Müzəffər Sərkərdə, yenilməz Ordu" adlı tədbir keçirilib
- 16:31 “Sağlam həyat – sağlam gələcək” mövzusunda maarifləndirici sərgi keçirilib
- 16:14 Milli Kitabxananın yeni loqosunun təqdimatı olub
- 16:11 “Şanlı Zəfər tariximiz” adlı tədbir keçirilib
- 15:58 Gənclər Kitabxanasında “Narkomaniya: insanlığa qarşı böyük bəla” adlı məlumat bülleteni hazırlanıb
- 14:20 Zaqrebdə Azərbaycan cazının təntənəsi
- 13:35 Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərində I sinfə şagird qəbulu imtahanları davam edir
- 12:17 Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Zaqreb Milli və Universitet Kitabxanasını ziyarət edib
- 12:02 Amaliya Pənahovanın 80 illiyi münasibətilə “Xan qızı” tamaşası nümayiş olunub
- 12:01 Gənclər Kitabxanasında Silahlı Qüvvələr Günü münasibətilə silsilə materiallar hazırlanıb
- 10:37 Azərbaycanın Xorvatiyadakı Səfirliyində iki ölkənin mədəniyyət və yaradıcı sənaye təmsilçilərinin işgüzar görüşü keçirilib
- 09:46 “Baş” tamaşasına ictimai baxış keçirilib
- 09:43 Milli İncəsənət Muzeyində “Restavrasiya: keçmişə ehtiram, gələcəyə miras” adlı sərgi açılıb
- 09:20 Avstriya caz triosu “Baku Piano Festival 2025”də çıxış edib
- 09:18 Mədəniyyət naziri Zaqrebdə xorvatiyalı həmkarı ilə görüşüb
- 16:12 “Ordumuz Vətən keşiyində” adlı tədbir keçirilib
- 14:51 “Fikrət Qocanın söz sənəti xəzinəsi” adlı material istifadəçilərə təqdim olunub
- 14:05 Mədəniyyət nazirinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Xorvatiyada səfərdədir
- 13:58 Milli Kitabxanada sərgi açılıb
- 12:38 Filarmoniyada violin axşamı – Hökümə Əliyevanın tələbələrinin konserti
- 09:33 Beynəlxalq Muğam Mərkəzində IV Bakı Piano Festivalı çərçivəsində növbəti konsert keçirilib
- 09:27 Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində konsert keçirilib
- 09:18 Musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası davam edir
- 16:28 Mərdəkan Mədəniyyət Sarayında tədbir keçirilib
- 16:21 “Şuşa, sən azadsan!” filmi nümayiş olunub
- 16:18 “Şah Abbas Namə" tamaşasının premyerası keçirilib
- 16:15 Özbəkistanda Türk dünyası xalqları arasında mədəni körpülər möhkəmlənir
- 14:16 Dünyaşöhrətli tenor Plasido Dominqo Heydər Əliyev Mərkəzində çıxış edəcək
- 14:15 Silahlı Qüvvələr Günü münasibətilə Ağstafada sərgi, konsert və ustad dərsi keçiriləcək
- 09:55 Bakıda tanınmış rəssam Tünzalə Məmmədzadənin fərdi sərgisi açılıb
- 09:33 Ağdamda “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib
- 09:28 "Opera günləri" layihəsi çərçivəsində dahi Bülbül yad edilib
- 16:09 “Musiqili Bakı” layihəsi çərçivəsində gənc müğənni Aysel Əlizadənin konserti keçirilib
- 11:28 Milli Kitabxanada “Folklorşünas alim İslam Ələsgər - 100” adlı kitab sərgisi açılıb
- 11:27 “Başlıbel: mühasirə gündəliyi” filminin premyerası keçiriləcək
- 09:29 Ankarada azərbaycanlı rəssamın sərgisi açılıb
- 09:20 Beynəlxalq muğam müsabiqəsinin qalibləri məlum olub
- 09:16 Azərbaycan UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib
- 09:12 TÜRKSOY akademik Nizami Cəfərovu mükafatlandırıb
- 16:48 Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərində I sinfə şagird qəbulu imtahanları uğurla davam edir
- 16:34 Milli İncəsənət Muzeyində “Bərpa: keçmişə ehtiram, gələcəyə miras” adlı sərgi açılacaq