Məsud Əlioğlu 1928-ci il oktyabrın 5-də, Qubadlı rayonunun Mahmudlu kəndində Azərbaycan sovet ədəbiyyatının banilərindən biri - məşhur yazıçı Əli Vəliyevin ailəsində dünyaya gəlib. Elə ibtidai təhsilini də o kənddə alıb, sonra Bakıda, 1 saylı şəhər məktəbində orta təhsilini başa vurub. ADU-nun filologiya fakültəsini bitirdikdən sonra bir il "Uşaqgəncnəşr"də işləyib və ömrünün axırına qədər Nizami adına Ədəbiyyat İnstitutunda çalışıb, namizədlik və doktorluq dissertasiyalarını da burada - filoloji mərkəzdə müdafiə edib.
Əllinci-altmışıncı illərdə o, Azərbaycan ədəbi tənqidinin aparıcı nümayəndələrindən biri idi, həm də görkəmli bir ədəbiyyatşünas kimi də şöhrət qazanıb.
Altmışıncı illərin əvvəllərinə kimi o, yalnız Məsud Vəliyev kimi tanınıb, sonra Məsud Əlioğlu kimi də imzasını məşhurlaşdırıb.
Çox təəssüf ki, Məsud Əlioğlu az yaşayıb, cəmi 44 il... 45 ilin tamamına cəmi 4 ay qalırdı, 1973-cü ilin iyun ayında vəfat edib. Amma iyirmi beş illik tənqidçi-ədəbiyyatşünas fəaliyyətində gecə-gündüz bilməyib, yüzdən artıq məqalə, resenziya dərc etdirib, neçə dəyərli monoqrafiya ərsəyə gətirib.
Məsud Əlioğlu bir tərəfdən "Azərbaycan" jurnalında, "Ədəbiyyat və incəsənət" qəzetində müasir şair və nasirlərin yaradıcılığı, yeni kitabları haqqında resenziyalar, məqalələrlə çıxış edib, digər tərəfdən, "Şamo" romanı haqqında" (1951), "Cəlil Məmmədquluzadənin dramaturgiyası" (1954), "Mirzə İbrahimovun dramaturgiyası" (1955), "S.S.Axundovun həyat və yaradıcılığı" (1955), "Osman Sarıvəlli" (1958), Qulu Xəlilovla birgə yazdığı "Rəsul Rza" (1960) monoqrafiyalarını çap etdirib. Tənqidi məqalə və resenziyalarında Məsud Əlioğlu ciddi və tələbkar bir müəllif kimi diqqəti cəlb edib.
Altmışıncı illərdə isə o, ən məşhur monoqrafiyalarını çap etdirib: "Ədəbiyyatda yeni insan", "Məfkurə dostları". "Məslək qardaşları"... Məsud Əlioğlunun istər məqalə və resenziyalarında, istərsə də monoqrafiyalarında aparıcı üslub əsasən ciddi elmi meyarlarla şərtlənən bir üslubdur. Bunu biz onun "Cəlil Məmmədquluzadənin dramaturgiyası", "S.S.Axundovun həyat və yaradıcılığı", "Rəsul Rza", "Ədəbiyyatda yeni insan", "Hüseyn Cavidin romantizmi" monoqrafiyalarında, ikicildlik "Azərbaycan sovet ədəbiyyatı tarixi" üçün yazdığı "20-ci illərdə nəsr", "30-cu illərdə nəsr", "Müharibədən sonrakı dövrdə dramaturgiya", "Tənqid və ədəbiyyatşünaslıq", "Müasir dövrdə tənqid və ədəbiyyatşünaslıq" oçerklərində, həmçinin, klassiklərin (Nizami və Füzulinin, Vaqif və Vidadinin, Səhhət və Hadinin, Şaiq və Vahidin, C.Məmmədquluzadə və Sabirin, Haqverdiyev və S.S.Axundovun yaradıcılığına həsr olunan ədəbi portretlərində də izləyə bilərik. Ancaq üslubun başqa bir komponenti - emosionallıq, fikir və mülahizələrin bədii mətn kimi qavranılması da diqqətdən yayınmır. Bu xüsusiyyət onun ayrı-ayrı elmi məqalələrində parçalar halında görünsə də, ömrünün son illərində qələmə aldığı "Məhəbbət və qəhrəmanlıq" yazısında üstünlük təşkil edir. Esseçilik də Məsud Əlioğlunun bir çox yazılarında nəzərə çarpır və yetmişinci illərdə Asif Əfəndiyevlə birgə Məsud Əlioğlu bu janrın inkişafına, Azərbaycan tənqidi fikrində intişar tapmasına yardımçı olublar. Amma ən əsası budur ki, Məsud Əlioğlunun tənqidi lisanı, təhkiyə tərzi təmiz Azərbaycan dilinə söykənikli idi. Oxucu onun yazılarını oxumaqda heç bir çətinlik çəkməyib, bu yazılarda qəliz terminlərə rast gəlməzdin, fikri bilərəkdən, ya bilməyərəkdən mücərrədləşdirməyə, anlaşılmazlığa sürükləmək hallarına da təsadüf edilməyib.
Məsud Əlioğlu Azərbaycan ədəbiyyatının klassik dövrünün dərin bilicisi idi desək, səhv etmərik. Onun Nizamiyə, Füzuliyə, Vaqifə, Vidadiyə, Cəlil Məmmədquluzadəyə, Sabirə, Səhhətə, Şaiqə, Cavidə, Hadiyə, Möcüzə həsr etdiyi yazılar yubiley stixiyasından uzaq idi. Bu yazılar klassikanı qədərincə duyan və bu ədəbi korifeylərin hər birinin yaradıcılığına Məsud Əlioğlu gözüylə baxmağın ölçüsü idi. Həm də bu yazıların bir çoxunda o, mümkün qədər sırf tədqiqatçı missiyasını - mətnə aludəçiliyi, faktlara, müqayisələrə istinad etmək prinsipini unudub, daha çox sərbəst tənqidçi-ədəbiyyatşünas mövqeyini ifadə edib.
Vaqif Yusifli
Filologiya elmləri doktoru
525-ci qəzet 2018. - 12 oktyabr. - S.6.
(ixtisarla)
- 15:46 “Səslərin izi ilə” adlı hesabat konserti keçirilib
- 10:00 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbinin hesabat konserti baş tutub
- 23:03 “Səma” rəqs qrupunun “Musiqili Bakı” adlı konsert proqramı keçirilib
- 10:05 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti baş tutub
- 11:06 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək
- 17:11 “İnsan hüquqları və azadlıqları” mövzusunda görüş keçirilib
- 17:05 “Milli Qurtuluş: Dövlətçiliyimizin dönüş nöqtəsi” adlı dəyirmi masa keçirilib
- 14:14 Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti təşkil olunub
- 14:04 Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 22:29 “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konsert proqramı təşkil edilib.
- 18:46 “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib