
Ankarada keçirilən 21-ci Kitab Sərgisi çərçivəsində dekabrın 1-də, bazar günü böyük şair və mütəfəkkir Məhəmməd Füzulinin “Füzulinin divanı” adlı əsərlər toplusunun təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyinin və ölkəmizin Türkiyədəki səflriyinin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə diplomatlar, alimlər, ədəbiyyatşünaslar, iki qardaş ölkənin ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Təqdimat mərasimini açan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov dahi Füzulinin öz yaradıcılığı ilə bütün Türk dünyasının ədəbi-bədii fikrini zənginləşdirdiyini qeyd edib.
O xatırladıb ki, dahi şairin 500 illik yubileyi Azərbaycan üçün çətin dövrə, ölkə ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyi vaxta düşüb. “Vəziyyətin mürəkkəbliyinə baxmayaraq, Ümummilli Lider Heydər Əliyev 1994-cü ildə Füzulinin yubileyinə həsr olunmuş təntənəli tədbirlərin keçirilməsi barədə qərar qəbul etdi”, - deyə S.Abbasov bildirib.
“Böyük şair və mütəfəkkirin ölməz bədii-fəlsəfi irsi Azərbaycanın ədəbi fikir tarixində mühüm rol oynamış, Şərqin bir çox xalqlarının ədəbiyyatına mühüm təsir göstərmişdir”, - deyə Mədəniyyət Mərkəzinin rəhbəri qeyd edib.
O, həmçinin bildirib ki, “Füzuli divanı”nın təqdimatı dahi Azərbaycan şairinin 530 illik yubileyinə təsadüf edib.
Qazi Universitetinin (Ankara) Türk dili və ədəbiyyatı kafedrasının müəllimi, professor İsmet Çetin Füzuli irsini təkcə Türk dünyasının deyil, bütün bəşəriyyətin sərvəti adlandırıb.
“Füzuli böyük qələm ustadlarından biridir. Dil, üslub və poetik texnika baxımından Füzuli ilə müqayisə oluna bilənlər azdır”, - deyə o vurğulayıb.
Alim Türkiyədə Füzuli irsinin öyrənilməsinin tarixi mərhələləri barədə tədbir iştirakçılarına məlumat verib.
Professor Çetin qeyd edib ki, Türkiyədə Füzuli irsinin öyrənilməsi ilə bağlı ilk akademik iş 1940-cı illərə təsadüf edib. Həmin dövrdən indiyədək təkcə Türkiyədə Füzuli irsi mövzusunda 70 müxtəlif əsər nəşr olunub.
Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov çıxışında qeyd edib ki, Azərbaycan, ərəb və fars dillərində 16 böyük əsəri olan dahi şairin yaradıcılığı bədiiliyi, incəliyi və orijinallığı ilə seçilir.
Akademik Məhəmməd Füzulinin yaradıcılığını “estetik sufizm”in zirvəsi adlandırıb.
O, Füzulinin yaşayıb-yaratdığı dövrə diqqət çəkib. “Şair öz yaradıcılığı ilə Osmanlı və Səfəvi dövlətləri arasında qarşıdurmanın qarşısını almağa çalışıb”, - deyən N.Cəfərov Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin Məhəmməd Füzulini “türk xalqlarını birləşdirən şəxsiyyət” adlandırdığını diqqətə çatdırıb.
Alim Ümummilli Liderin Azərbaycan xalqının mədəniyyətinin və irsinin qorunmasına göstərdiyi diqqəti yüksək qiymətləndirib. “Heydər Əliyev dahi Füzulinin yubileyini respublika üçün ağır bir dövrdə keçirmək qərarına gəldi. Ümummilli Lider bəyan edib: “İndiki şəraitdə Azərbaycanda maliyyə imkanları çatışmazlığı ola bilər. Bununla belə, mənəvi dəyərlərimizdən məhrum olub, Füzuli kimi şəxsiyyətləri unuda bilmərik”.
O, Mir Cəlal Paşayevin 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” əsərinə görə filologiya elmləri namizədi alimlik dərəcəsi aldığını, 1958-ci ildə yenidən bu mövzuya müraciət edərək “Füzuli sənətkarlığı” adlı monoqrafiyasını nəşr etdirdiyini xatırladıb.
“Ədəbiyyatçı alim Mir Cəlal Paşayevin dissertasiyası üzərində işləməsi xalqın mədəni irsini müdafiə etmək istəyinin özünün alimlərdən əsl cəsarət tələb etdiyi repressiya dövrünə təsadüf edib. Buna baxmayaraq, o, böyük şairin yaradıcılığını öyrənmək fikrindən vaz keçmədi və bununla da füzulişünaslığın inkişafına mühüm töhfə verdi”, - deyə akademik sözlərini yekunlaşdırıb.
Gəncə Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov qeyd edib ki, bir çox yerli və xarici tədqiqatçılar Məhəmməd Füzulini Azərbaycan-türk ədəbiyyatı tarixində ən həssas lirik və romantik şair adlandırıblar.
Onun sözlərinə görə, Füzulinin əsərləri İslam dünyasının parlaq mənəvi xəzinələrindən biridir. “Füzulinin qəzəllərində əks olunan məhəbbət onun dini etiqadının, əqidəsinin, prinsiplərinin bədii ifadəsidir”, - deyə Ə.Muxtarov qeyd edib.
“Füzuli dünya lirik poeziyasının parlaq nümayəndələrindən biridir və onun ölməz qəzəlləri bu gün də oxucuların ruhunun tellərinə toxunur, insanlara məhəbbət, xeyirxahlıq, humanizm hissi aşılayır”, - deyə o, Füzuli yaradıcılığının təbliğinin vacibliyini vurğulayıb.
Ə.Muxtarov vurğulayıb ki, Füzuli parlaq yaradıcılığı ilə ədəbi fikrin zirvələrinə çatıb.
Qazi Universitetinin (Ankara) Türk dili və ictimai elmlər kafedrasının müəllimi, professor Halil Çeltik Füzuli yaradıcılığında janr müxtəlifliyinə diqqət çəkib.
“Məhəmməd Füzulinin qəzəlləri yüksək emosionallığı, səmimiliyi və hərarəti ilə insanı heyran edir. Böyük lirik şairin yaradıcılığı hisslərin və dərin fəlsəfi fikirlərin, insan taleyi ilə bağlı müzakirələrin məcmusudur ki, bu da Füzulinin əsərlərini özünəməxsus edir”, -deyən alim dahi şairin haqlı olaraq dünya ədəbiyyatında xüsusi şərəfli yer tutduğunu vurğulayıb.
Professor Füzuli irsinin təbliğinə verdiyi töhfəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyinə təşəkkür edib.
Tədbir “Azərbaycan rüzgarları” musiqi qrupunun çıxışı ilə başa çatıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara


- 15:20 “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı səyyar sərgi davam edir
- 15:06 Görkəmli tarzən Bəhram Mansurovun anadan olmasından 114 il ötür
- 12:07 "Qaranlıqdan işığa" adlı tədbir keçirilib
- 11:46 Azərbaycan Filippində beynəlxalq mədəniyyət festivalında təmsil olunub
- 11:41 “Konstitusiya və Suverenlik İli” çərçivəsində sərgi-tədbir keçirilib
- 11:37 Şair Aynur Qafarlı ilə görüş keçirilib
- 10:32 Bu gün Əməkdar incəsənət xadimi İslam Səfərlinin anadan olmasının 102 ili tamam olur
- 09:48 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
- 09:21 Bakıda sərgi sahəsinin peşəkarları üçün növbəti intensiv praktiki seminar təşkil olunacaq
- 09:20 “Yeni kitablarla tanış olaq” adlı icmal keçirilib
- 16:35 Azərbaycanlı opera sənətçisi Avropa səhnələrində
- 15:02 “Əhməd Cavadın həyatı və ədəbi fəaliyyətinin Gəncə dönəmi” kitabı türk dilində nəşr olunub
- 14:33 Əziz Mirəhmədova həsr olunan biblioqrafik icmal və virtual kitab sərgisi hazırlanıb
- 14:30 “Kapitan Şahid Həbibullayev” kitabı nəşr olunub
- 12:30 Bu gün Xalq artisti Elza İbrahimovanın anım günüdür
- 11:12 Milli Kitabxanada “Əməkdar elm xadimi Əziz Mirəhmədov – 105” adlı sərgi açılıb
- 10:21 Fikrət Əmirovun “Min bir gecə” baleti ilk dəfə Oman səhnəsində nümayiş olunub
- 09:56 Bu gün Xalq artisti Möhsün Sənaninin anım günüdür
- 09:26 “Sehrbazlar dərəsi” tamaşasının premyerası olacaq
- 17:21 Azərbaycan Vətən müharibəsində Şanlı Qələbəsinin 5-ci ildönümünə həsr olunmuş Milli Bəstəkarlıq Müsabiqəsi
- 16:09 “Killerdən teleqram” monotamaşası yenidən səhnədə
- 14:56 "Siz eşq dediniz, biz Vətən dedik" adlı tədbir keçirilib
- 12:33 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 12:29 Yaponiyada Qara Qarayevin yaradıcılığına həsr edilmiş konsert olub
- 12:19 Baş İdarənin Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 09:36 Dahi özbək şairi Əlişir Nəvainin abidəsi ziyarət edilib
- 09:21 Parisdə Azərbaycan bəstəkarlarının musiqisindən ibarət konsert olub
- 16:19 “Qəhrəmanlar unudulmur” adlı dəyirmi masa keçirilib
- 15:12 Beynəlxalq Muğam Mərkəzində Gülhüseyn Kazımlının 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 15:07 Astanada Türk Mədəniyyəti və İrsi Fondunun II Şura toplantısı keçirilib
- 14:52 Sözün sehrini yaşadan ustad – Firudin Ağazadənin 75 illik yubileyi qeyd olunub
- 14:35 “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı səyyar sərgilərin keçirilməsinə başlanılıb
- 12:37 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin uğuru
- 11:44 Səsi ilə könüllərdə iz qoyan sənətkar - Şövkət Ələkbərova
- 09:59 Xalq artisti Tofiq Tağızadənin doğum günüdür
- 09:23 Adil Kərimli Astanada "Daşa yazılmış tarix" kitabının təqdimatında çıxış edib
- 09:17 Azərbaycanlı yazıçının “Abaddon” romanının Qahirədə təqdimatı olub
- 09:15 Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və tarixi-mədəni abidələri ilə bağlı fotolayihə həyata keçirilir
- 17:08 Vətən müharibəsi şəhidi Emin Süleymanovun xatirəsinə həsr olunmuş tədbir keçirilib
- 15:42 Q.Qarayevin anadan olmasının 107 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib
- 14:42 Gənclər Kitabxanasında yazıçı Xanım Aydının kitablarının təqdimatı olub
- 12:04 Qara Qarayevə həsr olunan elmi-praktik konfrans keçirilib
- 11:05 Türkiyə telekanalında Qərbi Azərbaycan həqiqətlərinə dair sənədli film nümayiş etdiriləcək
- 09:53 Xalq artisti Ağaxan Abdullayevin doğum günüdür
- 09:49 Xalq artisti Firəngiz Şərifovanın doğum günüdür
- 09:14 Azərbaycan dəyərlərini əks etdirən “Üç Çizgi" jurnalı Türkiyədə yenidən işıq üzü görüb
- 09:11 Qara Qarayevin ev-muzeyində dahi bəstəkarın 107 illiyi qeyd olunub
- 16:51 Mədəniyyət və incəsənət xadimləri dahi bəstəkar Qara Qarayevin xatirəsini anıblar
- 16:15 Baş İdarənin Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 16:09 Albaniyada “İRS” jurnalının növbəti sayı çapdan çıxıb
- 14:27 Xalq artisti Polad Bülbüloğlunun 80 illiyinə həsr olunan təntənəli gecə keçirilib
- 12:42 Dirijor və skripka ifaçısı Dmitri Sitkovetski Bakı Musiqi Akademiyasının tələbələrinə ustad dərsləri keçib
- 10:50 “Avroviziya-2025” müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçı bəlli olub
- 10:16 Xalq yazıçısı Rüstəm İbrahimbəyovun doğum günüdür
- 10:02 Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayevin doğum günüdür
- 09:23 Xalq artisti Əlibaba Məmmədovun anadan olmasının 95 ili tamam olur
- 09:20 “Şərikli çörək” filmi nümayiş olunub
- 17:13 Azərbaycan Milli İncəsənət Muzeyində Britaniya incəsənətinə dair yeni layihə həyata keçirilir
- 16:06 Düyməcik tamaşasının oxunuş məşqlərinə başlanılıb
- 14:58 Azərbaycanın xalq nağılları “Masal Masal Türkiyə” mobil tətbiqinə daxil ediləcək