
İyunun 9-da Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyində "Ağsu Şəhidləri. Zəfər Qəhrəmanları" kitab-albomunun təqdimatı keçirilib.
Kitab-albomda Ağsu rayonunun 44 günlük Vətən müharibəsində şəhid olan Zəfər qəhrəmanlarının tərcümeyi-halları iki dildə (azərbaycan və ingilis dillərində) tərtib edilib. Onların mülki və hərbi həyatlarına dair fotoları albomlaşdırılıb. “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunda 08 noyabr 2021 - 31 yanvar 2022-ci il tarixlərində keçirilmiş sərgi haqqında informasiya və albom da əlavə edilib.
Kitab-albomun hazırlanmasında "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin üzvləri, “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun və Ağsu rayonu Gəgəli bələdiyyəsinin əməkdaşları yaxından iştirak ediblər. Ağsu rayonundan millət vəkili, "Vəhdət" partiyasının sədri Tahir Kərimli kitab-albomun hazırlanmasına məsləhətləri və maliyyə dəstəyi ilə yardım edib. Kitab-albomun elmi redaktoru Prof.Dr. Qafar Cəbiyev, rəyçiləri Prof.Dr. Şikar Qasımov və Şəfa Mövsümovdür. Kitab-albom "Elm və Təhsil" nəşriyyatında çap olunub.
Təqdimat mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Təqdimat mərasimini "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli açıb. O, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Miras” Mədəni İrsin ÖyrənilməsinəKömək İctimai Birliyi və Ağsu rayonu Gəgəli bələdiyyəsinin əməkdaşlığı ilə “Ağsu Şəhidləri. Zəfər Qəhrəmanları” kitab-albomunhazırlandığını, eyniadlısərginin tərtib edildiyini bildirib. Yaradıcı heyət bütün şəhid ailələrinin evində olub, onların iştirakı ilə mətni hazırlayıb, hisslərini qələmə alıb, müxtəlif yollarla toplanan fotoları əldə edib. Biz bir daha həmin anları yaşadıq, ailələrlə birlikdə öldük, dirildik. Kitab-albomu həyəcansız vərəqləmək mümkün deyil. O, Milli Azərbaycan Tarixi Muzeyinin rəhbərliyinə, akademik Nailə Vəlixanlıya təqdimatın keçirilməsinə yaradılan şəraitə görə minnətdarlıq edib.
Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov muzeyin Vətən Muharibəsi fondunun yaradılması, indiyə qədər şəhidlərə məxsus eksponatlardan ibarət iki sərginin keçirilməsindən danışıb. Şəhid ailələrini fonda eksponatların toplanmasında dəstək verməyə çağırıb. Kitab-albomun elmi araşdrımalar üçün mənbə olacağını bildirib.
Millət vəkili Tahir Kərimli 44 günlük Vətən Müharibəsində qələbənin qazanılmasında şəhidlərimizin, qazilərimizin misilsiz qəhrəmanlığından danışıb. Bütün dövlət, özəl, ictimai qurumların şəhid ailələrinin təskinlik tapmasında hər zaman səfərbər olmasının vacibliyini vurğulayıb. Kitab-albomun bu mənada yaxşı bir vəsait olacağını qeyd edib.
Milli Azərbaycan Tarixi Muzeyi Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov vikipediya kimi elektron ensiklopediyalarda şəhidlərimiz haqqında məlumatların yerləşdirilməsi zamanı istinadlara ehtiyac olması haqqında danışıb. Belə nəşrlər və onların elektron kitabxanalarda yerləşdirilməsi istinadların sayının artmasına imkan yaradır.
Şəhid kapitan Zülfüqar Qubatovun xanımı Aynur Qubatova, Şəhid baş leytenant Rövşən Nurzadənin atası, Azərbaycan Respublikasının Xalq artisti Əli Nur, Şəhid gizir Ramin Hüseynovun atası Qüdrət Hüseynov, Şəhid çavuş Elşən Müslümovun anası Şövqiyyə Müslümova, Şəhid çavuş İsrayıl Cəfərzadənin atası Namiq Cəfərov, Şəhid MAHHXHQ əsgər Yalçın Rəhimovun bacısı Nuridə Şeydayeva, Şəhid əsgər Pərvin Təhməzovun anası Əsli Təhməzova, Şəhid əsgər Rəvan Alxaslının anası Xatirə Alxasova, Şəhid əsgər Yadigar Vahabovun anası Şölə Vahabova şəhidlərimiz haqqında danışıblar, təqdim edilən kitab-albomahaqqında öz fikirlərini bölüşüblər. Şəhid ailələri kitabı hazırlayan Fariz Xəlilli, Şölə Bayramova, Vüqar Quliyev və digər əməkdaşlara minnətdarlıqlarını bildiriblər. Onlar öz çıxışlarında xüsusilə Ağsu şəhərində şəhidlərin xatirəsinə muzey-kompleksin təşkil edilməsini arzuladıqlarını qeyd ediblər.
Şəhid kiçik çavuş Elşən Musayevin qızı Ayşən Musalı və Bakı şəhəri Elçin Qaranzadə adına 270 nömrəli tam orta məktəbin şagirdi Zəhra Əliyeva şeir söyləyiblər.
İştirakçılara sertifikatlar təqdim olunub.
Təqdimatın sonunda şəhid ailələri Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi ilə tanış olublar.
Fotolar Mirnaib Həsənoğlu və Anar Həbibovundur.















- 16:31 "Hadrut, sən azadsan!" sənədli filmi nümayiş olunub
- 12:55 Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Səyavuş Məmmədzadə - 90” adlı ənənəvi kitab sərgisi açılıb
- 11:41 Tanınmış tarzən Zamiq Əliyevin yubileyi qeyd olunub
- 09:27 ARKA-nın film layihələri müsabiqəsinin pitçinq mərhələsi başa çatdı
- 09:21 Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan təsviri sənəti: klassikadan postmodernizmə” adlı daimi ekspozisiya açılıb
- 17:01 “Heydər Əliyevin xalqın rifahı üçün həyata keçirdiyi böyük xidmətləri” adlı mühazirə keçirilib
- 16:29 XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib
- 11:58 “Müdrik ömür, dəyərli gələcək” adlı tədbir keçirilib
- 10:53 “Poeziya Xəzrisi” respublika bədii qiraət müsabiqəsi elan edilir
- 09:10 XI Bakı Beynəlxalq Kitab Sərgisi indiyədək ən çox xarici iştirakçının olduğu sərgi kimi tarixə düşəcək
- 17:42 Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam və aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə xüsusi müsabiqə elan olunur
- 16:38 Azərbaycan-Bolqarıstan mədəni əlaqələri ilə bağlı fikir mübadiləsi aparılıb
- 16:34 Serbiya ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub
- 16:02 “Sərhədsiz incəsənət” sərgisi Azərbaycan və xarici rəssamların əsərlərini təqdim edir
- 15:37 Suraxanı rayon Heydər Əliyev Mərkəzi açıq dərs təşkil edib
- 11:22 Gənclər Kitabxanasında Seyid Əzim Şirvaninin 190 illik yubileyi çərçivəsində virtual sərgi hazırlanıb
- 10:55 Bəxtiyarşünaslığa qiymətli töhfə
- 09:06 Barselonada UNESCO-nun Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf üzrə Dünya Konfransının rəsmi açılış mərasimi keçirilib
- 16:41 Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsi keçirilib
- 16:40 Əməkdar artist Cabir İmanov vəfat edib
- 14:22 Mədəniyyət naziri Adil Kərimli “Mədəniyyətə əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu”nun Üçüncü Yüksək Səviyyəli Nazirlər Dialoqunda çıxış edib
- 12:34 Üzeyir Hacıbəyli festivalının təntənəli bağlanış mərasimi “Koroğlu” operasının yeni quruluşda təqdimatı ilə yadda qalıb
- 12:06 Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib
- 09:23 Azərbaycan UNESCO-nun Dünya Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf Konfransında təmsil olunacaq
- 09:18 Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsert-tamaşa təşkil edilib
- 09:14 27 Sentyabr-Anım Günüdür
- 17:22 “Üzeyir Hacıbəylinin irsi: keçmişdən bu günə” mövzusunda beynəlxalq forum keçirilib
- 16:37 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib
- 16:34 “Ədəbiyyatımızın yaddaşında yaşayan imza” adlı tədbir təşkil edilib
- 14:24 Bakıda Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş simfonik konsert keçirilib
- 14:18 Minskdə “Səttar Bəhlulzadə – görünməyən aləmlərin yaradıcısı” sərgisi açılıb
- 10:43 27 Sentyabr – Anım Gününə həsr edilən tədbir keçirilib
- 09:39 Nəsimi festivalının sonuncu günü Bakının tarixi məkanlarını əhatə edib
- 17:13 Berlin Filarmoniyasının solistlərinin Bakı Musiqi Akademiyasında ustad dərsi təşkil olunub
- 17:11 Mədəniyyət Nazirliyində Çin nümayəndə heyəti ilə görüş olub
- 16:57 “Anım Günü – Zəfər tariximizin başlanğıcı” mövzusunda dəyirmi masa keçirilib
- 16:49 “İgid vətən övladları" adlı tədbir keçirilib
- 15:00 “Unudulmazlar” adlı tədbir keçirilib
- 14:55 “Qəlbimizdə yaşayanlar!” adlı tədbir keçirilib
- 14:27 Azərbaycan Dövlət Kamera Orkestrinin Üzeyir Hacıbəyli soraqlı konserti
- 12:02 “Elm və təhsilimizin himayədarı kimi Heydər Əliyevin gördüyü işlər” adlı mühazirə keçirilib
- 10:00 Azərbaycan ilə Macarıstan arasında mədəni əməkdaşlığa dair proqram imzalanıb
- 09:55 Nəsimi Bağları Kompleksində “Nəsimi dastanı” baletinin təqdimatı olub
- 09:51 Mahnı Teatrı Üzeyir Hacıbəyli festivalı çərçivəsində musiqili-teatral kompozisiya təqdim edib
- 16:47 “Milli musiqimizin dahisi” adlı sənədli film nümayiş olunub
- 14:42 Nyu-Yorkda Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsert keçiriləcək
- 14:15 Azərbaycanı Uşaq Avroviziya 2025 mahnı müsabiqəsində Yağmur Nəsrullayeva təmsil edəcək
- 12:47 “Milli Musiqimizin Memarı” adlı konsert keçirilib
- 09:12 Naxçıvan Dövlət Kukla Teatrının Gəncə və Qax rayonlarına təşkil olunmuş qastrol səfəri uğurla yekunlaşıb
- 09:09 Bakıda 8-ci türk film günləri keçiriləcək
- 09:05 Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert - Üzeyir Hacıbəyli və Türk dünyasının musiqisi
- 15:25 “Dövlət Suverenliyi Günü” mövzusunda mühazirə oxunub
- 12:26 Azərbaycanlı bəstəkar Londonda keçirilən müsabiqədə birinci yerə layiq görülüb
- 12:07 “Azərbaycanfilm” öz “sakinləri” haqqında film çəkir
- 11:31 “Biz əngəlli deyilik, fərqliyik” adlı tədbir keçirilib
- 09:34 Alim Qasımov və digər məşhurlar “Nəsimi” kompozisiyası ilə Şamaxıda çıxış edəcək
- 09:05 Azərbaycan Özbəkistanda beynəlxalq festivalda təmsil olunub
- 11:13 20 Sentyabr Dövlət Suverenliyi Günüdür
- 10:47 20 Sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
- 17:06 Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib