XƏBƏRLƏR
MƏLUMAT
A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
ÜMÜMİ XƏBƏRLƏR
14/11/2024 11:44

“Azərbaycan Gənclər İttifaqı” İctimai Birliyi və Azərbaycan Rəqs Asossasiyasının birgə əməkdaşlığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı səhnəsində “Payız Əfsanələri 2024” İncəsənət və Rəqs müsabiqəsi  keçirilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdləri müsabiqədə uğurla çıxış ediblər.

Müsabiqənin nəticələrinə əsasən məktəbin müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdləri  Mikayıl Məmmədli (müəllim: Zümrüd Səfiyeva), Rəşad Məmmədli (müəllim: Samir Şahbəddinov), Dəniz İsmayılova (müəllim: Roza Parmas) I dərəcəli laureat, Duyğu Fərruxzadə (müəllim:  Roza Parmas), Fidan Fərruxzadə  (müəllim: Roza Parmas), Nuray Qurbanlı (müəllim: Günel Əzizova), Nəzrin Həsənova (müəllim: Günel Əzizova), Nigar Qurbanlı (müəllim:  Nurlanə Rəsulova) II dərəcəli laureat, Mələk Əsgərli (müəllim:  Nurlanə Rəsulova) III dərəcəli laureat , Nəzrin İsmayılova (müəllim: Əsmər Həsənli) “Fəal  iştirakçı” adına layiq görülüblər.

Baxış sayı: 166