XƏBƏRLƏR
MƏLUMAT
5 nömrəli uşaq incəsənət məktəbində birinci siniflərin IV məktəbdaxili müsabiqəsinin qala konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
16/05/2023 01:19

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 5 nömrəli uşaq incəsənət məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş birinci siniflərin IV məktəbdaxili müsabiqəsinin qala konserti keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Münsiflər heyətinin qərarına əsasən fortepiano ixtisası üzrə Əzizə Məmmədzadə “Qran Pri” mükafatına, xanəndə ixtisası üzrə Emil Babayev və qanun ixtisası üzrə Əsma Hacızadə 1-ci yerə, vokal ixtisası üzrə Mələk Hüseynova və fortepiano ixtisası üzrə Dəniz Məmmədova 2-ci yerə, tar ixtisası üzrə İbrahim Oruczadə, violin ixtisası üzrə Gülay Mirzəxan, xanəndə ixtisası üzrə Zəhra Məmmədli və qarmon ixtisası üzrə Əliyusif Abdullayev 3-cü yerə  layiq görülüblər.

Sonda müsabiqədə  iştirak edən şagirdlərə Fəxri Fərman, qalib gələn şagirdlərə isə Diplomlar təqdim olunub.

Baxış sayı: 487