XƏBƏRLƏR
MƏLUMAT
33 nömrəli Uşaq Musiqi Məktəbində bayram konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
07/11/2023 16:12

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 33 nömrəli Uşaq Musiqi Məktəbində Zəfər Günü və Azərbaycan Dövlət Bayrağı Gününə həsr olunmuş bayram konserti keçirilib.

Bayram tədbiri Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və bir dəqiqəlik sükutla şəhidlərin əziz xatirəsi yad edilib.

Tədbirdə məktəbin məzunu, Vətən müharibəsində qəhrəmancasına vuruşaraq şəhid olan Zəbiyulla Şahin oğlu Məmmədovun valideynləri qonaq qismində iştirak ediblər. 

Tədbir zamanı 44 günlük Vətən müharibəsindən, Azərbaycanın qazandığı möhtəşəm Zəfərdən, şanlı tariximizə şahidlik edən üç rəngli bayrağımızdan bəhs edən məruzə dinlənilib. 

Bədii hissədə məktəbin şagirdləri şeirlər səsləndirib, səhnəciklər təqdim edib, musiqi nömrələri ilə çıxış ediblər.

Baxış sayı: 277