XƏBƏRLƏR
MƏLUMAT
33 nömrəli Uşaq Musiqi Məktəbi “Ulu bir sərkərdə, ulu bir öndər” adlı tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
13/12/2023 09:29

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 33 nömrəli Uşaq Musiqi Məktəbi Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Ulu bir sərkərdə, ulu bir öndər” adlı tədbir keçirib.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbir zamanı çıxış edənlər müasir Azərbaycan dövlətinin banisi və qurucusu Ümummilli Lider Heydər Əliyevin parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətlərindən danışıblar.

Sonra məktəbin şagirdlərinin ifasında Ümummilli Liderə həsr olunmuş monoloq, şeir və mahnılar səsləndirilib.

Baxış sayı: 204