XƏBƏRLƏR
MƏLUMAT
20 noyabr -Ağdam şəhəri günüdür
ÜMÜMİ XƏBƏRLƏR
20/11/2023 11:43

Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixində imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamla noyabrın 20-i Ağdam şəhəri günü elan edilib.

Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Bu gün - noyabrın 20-si şəhərin erməni işğalçılarından təmizlənməsindən üç il ötür.

Baxış sayı: 388