XƏBƏRLƏR
MƏLUMAT
15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
15/06/2025 17:30

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Heydər Əliyev adına Hərbi İnstitutda 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı tədbir keçirilib.

Tədbirdə mədəniyyət işçiləri, kursantlar və digər qonaqlar iştirak ediblər.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə bildirilib ki, müasir Azərbaycanın tarixi Ulu Öndər Heydər Əliyevin milli qurtuluşun və davamlı inkişafın təcəssümünə çevrilmiş fəaliyyəti ilə qırılmaz surətdə bağlıdır. Ulu Öndər xalq və vətən yolunda göstərdiyi misilsiz xidmətləri ilə öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazıb. Heydər Əliyev şəxsiyyəti hər bir azərbaycanlı üçün müdriklik, əzmkarlıq və vətənə sədaqət rəmzidir.

Daha sonra tədbir konsert proqramı ilə davam edib. Konsertdə Xalq artisti Aygün Kazımova çıxış edərək sevilən mahnılarını səsləndirib.

Tədbirdə “Azad” rəqs qrupunun təqdim etdiyi rəqslər maraqla qarşılanıb.

 

Baxış sayı: 192