XƏBƏRLƏR
MƏLUMAT
13 nömrəli Uşaq Musiqi Məktəbində konsert proqramı təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
11/03/2024 14:16

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səid Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert proqramı təqdim edilib.

İlk öncə 8 Mart - Beynəlxalq Qadınlar Gününün tarixi haqqında məlumat verilib. Bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri olan bu bayramın hər il müxtəlif dünya dövlətlərində, eləcə də respublikamızda təntənəli şəkildə qeyd olunduğu bildirilib. Sonra konsert məktəbin birinci sinifində təhsil alan şagirdlərın çıxışları ilə davam edib.

Baxış sayı: 144