XƏBƏRLƏR
MƏLUMAT
"11 simin sədası" adlı konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/05/2024 14:32

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 36 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi, tarzən Rüfət Həsənovun tar sinfinin  şagirdlərinin Beynəlxalq Muğam Mərkəzində "11 simin sədası" adlı konserti keçirilib.

Konsertdə  şagirdlərin ifalarında dahi bəstəkarlar Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Tofiq Quliyevin və digər tanınmış bəstəkarların əsərləri səsləndirilib.

Həmçinin konsertdə, tar sinfinin müəllimi Rüfət Həsənovun uğurlarından söz açılıb. Bildirilib ki, o, ölkəmizi çoxsaylı beynəlxalq festivallarda uğurla təmsil edib, tar sənətimizi layiqincə nümayiş etdirib.

Tədbirdə pedaqoji fəaliyyətinin 20 illiyi ilə əlaqədar R.Həsənova "Dədə Qorqud" Milli Fondunun mükafatı təqdim olunub.

Baxış sayı: 175