XƏBƏRLƏR
MƏLUMAT
“Zəfər yolunun qəhrəmanları” rubrikasında Ramil Yunisov
ÜMÜMİ XƏBƏRLƏR
26/05/2023 00:49

Ramil Qardaşxan oğlu Yunisov 26 may 1977-ci ildə Beyləqan rayonunun Yeni Mil kəndində anadan olub. 1983-1994-cü illərdə orta təhsil alıb. Ailəli idi.

Ramil Yunisov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Vaxtilə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Hərbi xidməti başa vurduqdan sonra artilleriya divizionunun tibb məntəqəsi sürücüsü vəzifəsində müddətdən artıq hərbi xidmət edib.

Azərbaycan Ordusunun əsgəri olan Ramil Yunisov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində sürücü olaraq iştirak edib. Murovdağın, Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Ramil Yunisov 8 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində döyüş tapşırığnın yerinə yetirilməsi zamanı həlak olub. Beyləqan rayonunda dəfn edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Ramil Yunisov ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Baxış sayı: 154