XƏBƏRLƏR
MƏLUMAT
“Ekoloji problemlər və sağlamlıq” adlı mühazirə oxunub
ÜMÜMİ XƏBƏRLƏR
30/04/2024 14:57

Aprelin 29-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzi “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ekoloji problemlər və sağlamlıq” adlı mühazirə keçirib.

Tədbirdə Suraxanı rayon 97 və 208 nömrəli tam orta məktəblərin müəllim və şagirdləri iştirak ediblər.

Mühazirədə məktəblilərlə sağlam dünya, yaşıl həyat naminə ekoloji mədəniyyətin, ətraf mühitə diqqətin və qayğının  formalaşmasında  aktiv iştirak etməyin əhəmiyyəti müzakirə edilib.

Şagirdlər mühazirədən sonra Ümummilli lider Heydər Əliyevin zəngin və çoxşaxəli irsini əks etdirən ekspozisiya ilə tanış olublar.

Həmçinin Mərkəzin təşkilatçılığı ilə Suraxanı rayon Bülbülə gölü ətrafında “Təmiz ekoloji mühit-sağlam həyat” mövzusunda maarifləndirmə işləri aparılıb, təmizlik aksiyası həyata keçirilib. Aksiya çərçivəsində göl ərazisi məişət tullantılarından təmizlənib, ümümi iməclik həyata keçirilib.

Baxış sayı: 342