XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
24/08/2023 06:32

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzinə “Heydər Əliyev İli” çərçivəsində Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin əməkdaşları üçün ekskursiya təşkil olunub.

İlk öncə Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq, əziz xatirəsi ehtiramla anılıb.

Daha sonra iştirakçılar Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar. Mərkəzin əməkdaşları Ulu Öndərin hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti, Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri haqqında geniş məlumat verib.

Ekskursiya zamanı Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən  bəhs  edən film nümayiş olunub.

Sonda “Ümummilli lider Heydər Əliyev və Azərbaycan Mədəniyyəti – 100” adlı sərgiyə baxış keçirilib.

Baxış sayı: 201