Yazdığı məsnəvisi ilə şöhrət qazanan böyük türk sufisi Cəlaləddin Rumi 30 sentyabr 1207-ci ildə Bəlxdə anadan olub, monqol-tatar yürüşü vaxtı atası ilə birlikdə Anadoluya köçüb. Atası dövrünün elmlərini yaxşı bilən alim idi. Cəlaləddin ilk təhsilini də məhz ondan alıb, az bir müddətdə biliyi və savadı ilə Anadoluda şöhrət qazanmış ətrafına çoxlu tələbə toplayıb. Cəlaləddin Anadoluda, əsasən Konya şəhərində yaşadığına görə Rumi təxəllüsü ilə (o vaxtlar Anadoluya Rum ölkəsi deyirdilər) şeirlər yazıb. Onun türkcə yazdığı bir neçə şeirindən başqa qalan əsərləri farscadır.
Fars ədəbiyyatında məsnəvi formasını cilalayan və şöhrətləndirən Cəlaləddin Rumi olub. Cəlaləddin Ruminin həyatında dönüş böyük türk sufisi Şəms Təbrizi ilə görüşündən sonra olub. Şəms Mövlanəyə elmə dərin yiyələndikdən sonra ağılın yerinə eşqin, kitabın yerinə şəxsi təcrübənin daha da üstün olduğunu başa salıb. Həmin andan Ruminin həyatı tamamilə dəyişib.
Rəvayətə görə Rumi özü rəqs edib oxumağı çox sevib. Onun rəqs edərək vəcdə gəlməsi, “quş kimi göylərə uçmağı” barədə çoxlu rəvayət mövcuddur. Bütün bu xüsusiyyətlər qədim türk mədəniyyətindən gələn ünsür idi.
Ruminin şeirlərində dərin düşüncə ilə lirik duyğu birləşdirilib. Onun əsas məqsədi insanda və kainatda gizli olan həqiqətləri göstərməkdir. Şairə görə kainat Tanrının əsəridir. İnsan nə qədər ki, kainata adi gözlə, mənfəət axtarmaq naminə baxır, o, kainatın içindəki həqiqəti və həqiqi gözəllikləri görə bilməz. Tanrı gözəlliyini görmək üçün insan öz ruhunu nəfsdən təmizləməlidir. Nəfsdən təmizlənən ruh ney kimi fəryad edər, öz əslinə dönməyə çalışar.
Cəlaləddin Mövlanə Ruminin şeirləri xalq arasında geniş yayıldığından çox vaxt zərb-məsəl, atalar sözü kimi işlədilir: “Ya göründüyün kimi ol, ya olduğun kimi görün”, “Ey dil! Sən sonsuz bir xəzinəsən, həm də dərmanı olmayan dərdsən!”
Həyatını “Həmdim, bişdim, yandım” sözləri ilə yekunlaşdıran Mövlana 17 dekabr bazar günü 1273-cü ildə vəfat edib.
Sözləri
Sevgidə günəş kimi ol, Dostluq və qardaşlıqda axar su kimi ol, Qüsurları örtməkdə gecə kimi ol, Təvazödə torpaq kimi ol, Acıqlanmaqda ölü kimi ol, Hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün kimi ol!
*** Gəl-gəl, yenə gəl! Nə olursan ol, yenə də gəl. İstər xristian, istər məcusi, istər bütpərəst ol. Bizim dərgahımız ümidsizlik dərgahı deyil. Tövbəni yüz dəfə pozmuş olsan belə, yenə gəl.
*** Nə qədər insan gördüm ki, əynində paltarı yoxdur, nə qədər paltar gördüm ki, içində insan yoxdur. Quzğun bağda quzğuncasına qışqırır. Amma quzğun qışqırır deyə bülbül gözəlim səsini heç kəsərmi?
*** İki barmağını gözünün üstünə qoy. Dünyanı görə bilirsənmi? Görmürsən dyə bu dünya yoxdurmu? Kitabdan məqsəd içindəki fəndir, amma istəsən, onu yastıq da edə bilərsən.
*** Kəbəyə gedən nə qədər çoxlu yol var. Əgər yollara baxsaq, ayrılıq, fərqlilik çoxdur. Halbuki qayəyə, məqsədə baxsaq, varılacaq yer birdir.
*** İnsan böyük bir şeydir və içində hər şey yazılıdır. Fəqət qaranlıqlar və pərdələr qoymaz ki, içindəkiləri oxusun.
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib