XƏBƏRLƏR
MƏLUMAT
“Xurşidbanu Natəvan – 190” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
07/07/2022 05:44

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin “Yubileylər silsiləsi” layihəsi çərçivəsində 1 nömrəli filialında “Xurşidbanu Natəvan – 190” adlı tədbir keçirilib. 

Tədbirdə 1 nömrəli filialın müdiri Mətanət Qasımova bildirib ki, bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın anadan olmasının 190 illik yubileyi qeyd olunur. “Xan qızı Natəvan” adı ilə məşhur olan maarifpərvər ədibimiz Qarabağın incisi Şuşa şəhərinin sayılıb seçilən ziyalılarından biridir. Xurşidbanu Natəvan  zəngin mənəviyyatı, kübarlığı, əxlaqı, humanist yanaşması və xeyirxahlığı ilə insanların qəlbində böyük ehtiram və məhəbbət məbədi ucaldıb.

Kitabxananın əməkdaşı Dilşad Əliyeva şairənin yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib. Şairənin ədəbi yaradıcılığı, gördüyü xeyriyyə işləri ilə yadda qaldığını qeyd edib.

Bununla yanaşı, Natəvan poeziyasının özünəməxsus dərin lirikasını, yüksək humanizm ideologiyasını, şeirlərində ifadə etdiyi mənəvi ucalıq anlayışlarını, sevinclə kədərin vəhdətini diqqətə çatdırıb.

Tədbirin sonunda şairənin kitablarına baxış keçirilib.

Baxış sayı: 521