Abdullayev Tural Şakir oğlu 1990-cı il fevral ayının 26-da Laçın rayonunun Ərikli kəndində anadan olub. O, doğulduğu ildə ailəsi Xocalı şəhərinə köçüb. Xocalıda yeni tikilən evlərdə məskunlaşıblar. Turalın 2 yaşı tamam olanda erməni quldurları onun yaşadığı şəhəri yerlə-yeksan ediblər, dinc əhaliyə qarşı soyqırım törədiblər. Xocalı soyqırımında Turalın atasının xalası oğlunun da ailəsi tamamilə məhv edilib. Kiçik yaşlarından düşmənə nifrət hissi bəsləyən Tural böyüyəndə qisas almağı qarşısına məqsəd qoyub. Ömür yolunda bir dəfə də olsun doğum günü keçirdə bilməyib. Çünki onun doğum günü 613 günahsız Xocalı sakininin şəhid olduğu günə düşüb.
Tural Abdullayev hərbi xidməti 2008-ci ildə Salyanda Xüsusi Təyinatlı Qüvvələrdə keçib. 2010-cu ildən isə Zaqatalada DİN XTQ-də əməliyyat qrupunda çalışıb. 12 il Xüsusi Təyinatlı Qüvvələrdə Vətənə qüsursuz xidmət edən Tural hərbi xidmət keçdiyi zaman və çalışdığı müddətlərdə nümunəvi xidmətinə görə çoxlu sayda medal və Fəxri Fərmanlarla təltif edilib.
2008-ci ildə hərbi xidmətdə nümunəvi xidmətinə görə hərbi hissə komandirinin əmri ilə baş çavuş Abdullayev Tural Şakir oğlu 3-cü dərəcəli döş nişanı ilə təltif edilib.
2013-cü ildə Azərbaycan Respublikasının “Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 20 illiyi” yubiley medalı ilə, 2018-ci ilin dekabrında AVMVİB-nin əsasnaməsi ilə təsdiq edilmiş “Milli Ordu - 100” medalı ilə, 2020-ci ilin iyun ayında Azərbaycan Respublikasının Prezidentinin adından “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
Tural arasında qorxmazlığı, vətənpərvərliyi ilə seçilib. O, uşaq yaşlarından atasına "Xocalının qisasını almaq lazımdır" deyərdi. Üçrəngli Bayrağımızı daim özü ilə aparan Tural Vətənə olan borcu qaytarmağı həyatının amalına çevirib. Vətən Müharibəsi başlamamışdən əvvəl əfsanəvi “Yaşma” xüsusi təyinatlıları sırasında xüsusi təlimlərdə iştirak edib. Turalın gözlədiyi qisas vaxtı artıq yetişmişdi. “Boz qurd” ləqəbli döyüşçü qorxmadan ən təhlükəli döyüşlərə atılıb. Şərəfli döyüş yolu, şücaəti, Vətənə sevgisi onu şəhidlik zirvəsinə ucaldıb. Öz canı qədər sevdiyi bayraq tabutuna, məzarı üstünə sərilib. Tural ölməzliyi ilə Azərbaycan xalqının yaddaşına əbədi möhürlənib.
Şəhidimizin atası Şakir kişi Tural haqqında xatirələrini belə danışır: "Əsgərlikdən məzuniyyətə gələndə telefonla danışdığını eşitdim. Dedi ki, "mənim bəxtim yoxdur. Mən məzuniyyətə gəlim, yoldaşlarım isə hərbi əməliyyatda iştirak etsinlər. Orada olsaydım, bəlkə mən də düşmən öldürərdim". Tural döyüş əməliyyatı keçirilən zaman məzuniyyətdə olduğu üçün çox təəssüf edirdi. Vətənpərvərliyi ilə seçilirdi. Zaqatalada DİN XTQ-də işləyərkən ən çətin əməliyyatlarda iştirak edirdi".
Tural Abdullayev Vətən Müharibəsi zamanı Murovdağ yüksəkliyinin alınmasında və Kəlbəcər istiqamətində keçirilən əməliyyatlarda iştirak edib. Azərbaycan əsgəri ilə üz-üzə gəlməyə cəsarət etməyən mənfur düşmənin atdığı minaatan mərmisi nəticəsində igid əsgərimiz sentyabrın 30-u əbədiyyətə qovuşub.
Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Sovxoz qəbiristanlığında dəfn edilib.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 09 dekabr tarixli Sərəncamına əsasən baş çavuş Abdullayev Tural Şakir oğlu ölümündən sonra “Qarabağ” ordeni ilə təltif edilib.

- 16:38 Milli Kitabxanada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
- 15:52 “Azərbaycan deyəndə” adlı film nümayiş olunub
- 15:44 Mədəniyyət Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
- 11:39 Gənclər Kitabxanasında Ulu Öndərin xatirəsinə həsr edilən silsilə materiallar hazırlanıb
- 09:47 12 Dekabr - Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür
- 14:27 Əməkdar jurnalist Zemfira Məhərrəmlinin 70 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb
- 09:29 "Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusuna həsr olunan forum başa çatıb
- 09:21 “Günay” uşaq teatrı “Arşın mal alan” tamaşasını nümayiş etdirib
- 17:29 Forumun ilk paneli: "Mədəniyyət və hüquq"
- 16:24 “Heydər Əliyev – ölməz irs” adlı dəyirmi masa keçirilib
- 15:02 Xalq artisti Mənsum İbrahimovla görüş keçirilib
- 11:48 İƏT Mədəniyyət Festivalının Bakı Kommünikesi qəbul olunub
- 11:25 Beynəlxalq İnsan Hüquqları Gününə adlı virtual sərgi istifadəçilərə təqdim olunub
- 10:52 Liviya Azərbaycanla mədəniyyət sahəsində sıx əməkdaşlığın qurulmasında maraqlıdır
- 10:48 Gənclər Kitabxanasında Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb
- 10:36 Mədəniyyət və hüququ birləşdirən ilk Forum: Müasir çağırışlara yeni baxış
- 09:30 XVI Beynəlxalq Film Festivalının qalibləri mükafatlandırılıb
- 09:25 “KinoBox” onlayn yayım platformasının təqdimat mərasimi keçirilib
- 16:35 Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri Türkiyə türkcəsinə tərcümə edilərək Ankarada nəşr olunub
- 16:31 “Oyun texnologiyalarının inkişafında yüksəliş və əməkdaşlıq imkanları" mövzusunda panel sessiya keçirilib
- 12:23 Azərbaycan və Misir arasında mədəni əməkdaşlıq münasibətləri müzakirə olunub
- 09:58 "Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti" mövzusunda növbəti panel keçirilib
- 09:52 “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in rəsmi açılış mərasimi keçirilib
- 09:25 Azərbaycan əsərləri Vyanada beynəlxalq festivalda səslənib
- 17:43 "Heydər Əliyev.Əsl Məhəbbət Haqqında" filmi nümayiş olunub
- 16:54 Əməkdar artist Sahib Paşazadə Pakistanda fəxri medalla təltif edilib
- 16:22 “Arşın mal alan” Türkmənistan mətbuatında
- 14:39 "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in rəsmi qonaqları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
- 10:36 Baş İdarə tərəfindən xeyriyyə tədbiri keçirilib
- 09:43 “Boşluğa xütbə” filminin Bakı premyerası olub
- 09:34 Türkiyə Kino Günlərinin rəsmi açılışı “Baku Cinema Breeze” çərçivəsində baş tutdu
- 14:35 “Qonağımız var “ layihəsi çərçivəsində növbəti görüş keçirilib
- 16:07 “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə - 2025”ə həsr olunmuş mətbuat konfransı keçirilib
- 11:59 “Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı keçiriləcək
- 11:16 Türkiyəli mütəxəssislər Milli Kitabxanaya dəvət olunub
- 10:06 Şəki Dövlət Dram Teatrı “Dar ağacı” tamaşası ilə paytaxt sənətsevərlərinin qonağı olub
- 17:17 İƏT Mədəniyyət Festivalında 5000-dən çox ziyarətçinin iştirakı gözlənilir
- 17:05 “Heydər Əliyev: Tarix yazan lider” adlı mühazirə keçirilib
- 16:43 Gözdən əlil uşaqlar üçün 38 nömrəli Onbirillik Musiqi Məktəbi 45 illik yubileyini konsert proqramı ilə qeyd edib
- 14:14 Bəxtiyar Vahabzadə haqqında elmi araşdırmalar toplusu çap olunub
- 11:17 Gənclər Kitabxanasından Xalq yazıçısı Kamal Abdullanın 75 illiyinə töhfə
- 10:01 YARADICI Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzində Çili istehsalı olan animasiya filmləri nümayiş etdirilib
- 09:40 Azərbaycanın qeyri-maddi mədəni irsinə həsr olunan dəyirmi masa keçirilib
- 09:36 İlin son “Ulduz”u
- 09:28 Milli Azərbaycan Tarixi Muzeyində respublika elmi konfransı keçirilib
- 16:00 “Ümid nəğməsi" adlı tədbir keçirilib
- 14:17 Yazıçı, publisist Hacı Qəni Camalzadə ilə oxucuların görüşü keçirilib
- 11:43 Milli Kitabxanada Beynəlxalq Əlillər Günü ilə bağlı virtual sərgi hazırlanıb
- 10:58 Bakıda “Mən – Dədə Qorqud 1-ci epizod. Başlanğıc” tamaşasının premyerası olub
- 10:48 Azərbaycan Respublikası UNESCO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə üzv seçilib
- 09:41 Azərbaycan violonçel ifaçısı beynəlxalq müsabiqənin laureatı olub
- 09:28 “Aktau – 2025 Türk Dünyasının Mədəniyyət Paytaxtı” ilinin rəsmi bağlanış mərasimi keçirilib
- 09:22 Bakıda Beynəlxalq Əlillər Gününə həsr olunmuş inklüziv konsert keçirilib
- 16:51 Azərbaycan Malayziyada beynəlxalq kitab sərgisində iştirak edir
- 16:11 Bakıda Beynəlxalq Film Festivalı keçiriləcək
- 15:27 Bakı Şəhər Xalq Teatrları Festivalı keçirilib
- 15:17 Beynəlxalq Muğam Mərkəzi Dünya Mədəniyyət Festivalında ölkəmizi təmsil edib
- 11:33 Ehtiyat kadrlar üçün vakant müəllim yerlərinə seçim müddəti uzadılıb
- 09:33 Heydər Əliyev Fondu “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə”nin tərəfdaşı oldu
- 09:26 Xalq yazıçısı Kamal Abdullanın 75 illik yubileyi qeyd olunub