
Gəmilərə yol göstərmək məqsədi ilə dənizdə və ya sahil yaxınlığında inşa olunan bəzi hündür tikililər dəniz mayakı və ya dəniz fənəri adlanır.
Xəzərdəki bəzi qədim dəniz fənərlərindən bəhs edən bu yazı yəqin “Seanews.az”-ı izləyənlər üçün də maraqlı olar.
Abşeron dəniz fənəri
Abşeron dəniz fənəri 1859-cu ildə Pirallahı adası ilə üzbəüz dağda inşa edilib. O dövrdə Abşeron yarımadasında ən hündür dəniz fənəri idi. Qeyri-adi konstruksiyaya malik, 25 metr hündürlüyündə daş qüllənin üzərində qurulub.
1860-cı il oktyabrın 23-də istismara verilən Abşeron dəniz fənərinin yuxarısına spiral şəkilli, 102 pilləli pilləkənlə qalxmaq mümkün idi.
Görmə məsafəsi 38 km olan bu dəniz fənəri gecələr Pirallahı adası ilə Abşeron yarımadası arasındakı boğazda gəmilərin təhlükəsiz və etibarlı hərəkətini təmin edib. O zaman dəniz fənəri kerosin lampasının köməyi ilə işıqlandırılıb.
1912-ci ildən işıqlanmada kerosin-istilik qurğusundan istifadə olunub, 1956-cı ildən isə elektrik enerjisi ilə işləyən lampa ilə əvəz edilib. Hazırda dəniz fənərinin işıqlanması gücü 500 vatt olan elektrik lampası və xüsusi linzalar sisteminin köməyi ilə təmin olunur.
Abşeron dəniz fənərinin konstruksiyasında ən nəzərə çarpan memarlıq elementi onun giriş qapısıdır. Tağ şəklində olan bu qapı gəmi lövbərinin bəzi elementlərini özündə əks etdirir.
Lənkəran dəniz fənəri
Lənkəran dəniz fənəri 1747-1786-cı illərdə Lənkəran qalası ilə paralel olaraq inşa edilib.
İran şahı Nadir şah 1747-ci ildə Lənkərana gəlir və öz fərmanı ilə Talış hakimi Seyyid Abbası elan etdiyini söyləyirlər. Elə həmin ildə dəniz fənərinin bitişik olduğu bu qalanın möhkəmləndirilməsi məqsədi ilə inşasına başlanılır.
1869-cu ilə qədər həmin ərazidə baş verən müharibələr zamanı əhali üçün əhəmiyyətli müdafiə və qala rolunu oynayan Lənkəran dəniz fənərinin hündürlüyü 30,5 metrdir. Lampaları ilə birlikdə hündürlüyü 33,4 metrə çatır.
Dəniz fənəri 1957-ci ildə bərpa edilib.
Bu dəniz fənəri Lənkəran qala divarının yalnız bir hissəsidir, ikinci qala 500 metr məsafədədir və indi su basmış əsas yeraltı keçidlə birləşib. Oraya giriş qüllənin mərkəzindədir.
Rus qoşunları tərəfindən işğal edildikdən sonra ümumi qala divarları dağıdılıb və binadan həbsxana kimi istifadə edilib. Zindanla Lənkəran dəniz fənəri arasında gizli yeraltı keçid olub və məxfiliyi təmin etmək məqsədi ilə məhbusların məhz həmin yolla gətirildiyi iddia olunur.
Hətta qatarda tutulduqdan sonra İosif Stalinin bir müddət bu qalada həbsdə saxlanıldığı təxmin edilir. Həmin dəyirmi qüllədən 1970-ci ilə qədər həbsxana kimi istifadə edilib.
Böyük Zirə adasındakı dəniz fənəri
Böyük Zirə adasındakı dəniz fənəri 1884-cü ildə fəaliyyətə başlayıb. Dəniz fənəri Böyük Zirə adasının qərb zolağında inşa edilmiş birmərtəbəli daş yaşayış binasının üç metrlik qülləsinin damında yerləşdirilib.
O, gecələr Bakı buxtasına daxil olan gəmilərin yolunu işıqlandırırdı. 1907-ci ilə qədər həmin funksiyanı ilk növbədə Qız Qalası yerinə yetirib. Lakin Bakı şəhərinin işıqları mayakın yanıb-sönən işığını kölgədə qoymağa başladıqdan sonra, Bakı körfəzini dənizdən ayıran Nargin (hazırda Böyük Zirə) dənizçilər üçün əsas bələdçi olmağa başlayıb.
Gəmilərin yolunu işıqlandırmaq üçün İsveçdə xüsusi olaraq hazırlanmış ağ neft fitilli yanma sistemi tətbiq olunub. Sonralar həmin sistem qazla çalışan dördüncü kateqoriyalı optik işıqlandırma fənəri ilə əvəz olunub. 1912-ci ildən asetilenlə işıqlandırılmağa başlayan Böyük Zirə dəniz fənəri Rusiya imperiyasında bu şəkildə işıqlandırılan ilk dəniz fənəri olub. II Dünya müharibəsinin əvvəllərində alman aviasiyasının diqqətini çəkməmək üçün Nargindəki mayak partladılıb və adaya zenit silahları quraşdırılıb.
Böyük Zirə adasındakı dəniz fənəri 1958-ci ildə yenidən bərpa edilib. Fənər üçün adanın orta hissəsindəki bir təpədə kompleks bir optik-naviqasiya sisteminə malik olan daş bina və 18 metr hündürlüyü olan qüllə tikilib. Bu mayak hələ də fəaliyyətdədir. Mayaka xidmət edən heyət iki həftədən bir dəyişdirilir.
Dəniz fənərinin görünmə məsafəsi 20-30 km-dir. Fənərin qidalanması üçün günəş panellərindən və elektrik dizel generatorlarından istifadə olunur.
Azərbaycan Dövlət Dəniz Akademiyasının “Dəniz naviqasiyası” kafedrasının müdiri,
uzaq səfərlər kapitanı Həzi Nəbiyev












- 11:59 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş konsert proqramı təqdim edilib
- 16:50 "Müzəffər Sərkərdə, yenilməz Ordu" adlı tədbir keçirilib
- 16:31 “Sağlam həyat – sağlam gələcək” mövzusunda maarifləndirici sərgi keçirilib
- 16:14 Milli Kitabxananın yeni loqosunun təqdimatı olub
- 16:11 “Şanlı Zəfər tariximiz” adlı tədbir keçirilib
- 15:58 Gənclər Kitabxanasında “Narkomaniya: insanlığa qarşı böyük bəla” adlı məlumat bülleteni hazırlanıb
- 14:20 Zaqrebdə Azərbaycan cazının təntənəsi
- 13:35 Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərində I sinfə şagird qəbulu imtahanları davam edir
- 12:17 Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Zaqreb Milli və Universitet Kitabxanasını ziyarət edib
- 12:02 Amaliya Pənahovanın 80 illiyi münasibətilə “Xan qızı” tamaşası nümayiş olunub
- 12:01 Gənclər Kitabxanasında Silahlı Qüvvələr Günü münasibətilə silsilə materiallar hazırlanıb
- 10:37 Azərbaycanın Xorvatiyadakı Səfirliyində iki ölkənin mədəniyyət və yaradıcı sənaye təmsilçilərinin işgüzar görüşü keçirilib
- 09:46 “Baş” tamaşasına ictimai baxış keçirilib
- 09:43 Milli İncəsənət Muzeyində “Restavrasiya: keçmişə ehtiram, gələcəyə miras” adlı sərgi açılıb
- 09:20 Avstriya caz triosu “Baku Piano Festival 2025”də çıxış edib
- 09:18 Mədəniyyət naziri Zaqrebdə xorvatiyalı həmkarı ilə görüşüb
- 16:12 “Ordumuz Vətən keşiyində” adlı tədbir keçirilib
- 14:51 “Fikrət Qocanın söz sənəti xəzinəsi” adlı material istifadəçilərə təqdim olunub
- 14:05 Mədəniyyət nazirinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Xorvatiyada səfərdədir
- 13:58 Milli Kitabxanada sərgi açılıb
- 12:38 Filarmoniyada violin axşamı – Hökümə Əliyevanın tələbələrinin konserti
- 09:33 Beynəlxalq Muğam Mərkəzində IV Bakı Piano Festivalı çərçivəsində növbəti konsert keçirilib
- 09:27 Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində konsert keçirilib
- 09:18 Musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası davam edir
- 16:28 Mərdəkan Mədəniyyət Sarayında tədbir keçirilib
- 16:21 “Şuşa, sən azadsan!” filmi nümayiş olunub
- 16:18 “Şah Abbas Namə" tamaşasının premyerası keçirilib
- 16:15 Özbəkistanda Türk dünyası xalqları arasında mədəni körpülər möhkəmlənir
- 14:16 Dünyaşöhrətli tenor Plasido Dominqo Heydər Əliyev Mərkəzində çıxış edəcək
- 14:15 Silahlı Qüvvələr Günü münasibətilə Ağstafada sərgi, konsert və ustad dərsi keçiriləcək
- 09:55 Bakıda tanınmış rəssam Tünzalə Məmmədzadənin fərdi sərgisi açılıb
- 09:33 Ağdamda “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib
- 09:28 "Opera günləri" layihəsi çərçivəsində dahi Bülbül yad edilib
- 16:09 “Musiqili Bakı” layihəsi çərçivəsində gənc müğənni Aysel Əlizadənin konserti keçirilib
- 11:28 Milli Kitabxanada “Folklorşünas alim İslam Ələsgər - 100” adlı kitab sərgisi açılıb
- 11:27 “Başlıbel: mühasirə gündəliyi” filminin premyerası keçiriləcək
- 09:29 Ankarada azərbaycanlı rəssamın sərgisi açılıb
- 09:20 Beynəlxalq muğam müsabiqəsinin qalibləri məlum olub
- 09:16 Azərbaycan UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib
- 09:12 TÜRKSOY akademik Nizami Cəfərovu mükafatlandırıb
- 16:48 Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərində I sinfə şagird qəbulu imtahanları uğurla davam edir
- 16:34 Milli İncəsənət Muzeyində “Bərpa: keçmişə ehtiram, gələcəyə miras” adlı sərgi açılacaq
- 15:46 Mədəniyyət Nazirliyi ötən ay sosial şəbəkələrdə ən çox paylaşım edən qurum olub
- 15:11 “Opera günləri” layihəsi çərçivəsində “Əsli və Kərəm” operası təqdim olunub
- 15:06 Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı olub
- 12:21 Bu gün Xalq artisti Cahangir Cahangirovun anadan olmasının 104 ili tamam olur
- 12:08 27 nömrəli Uşaq Musiqi Məktəbi "Kiçik əllərin böyük musiqisi" adlı hesabat konserti təqdim edib
- 10:25 Bu gün Xalq artisti Süleyman Ələsgərovun anadan olmasının 110 ili tamam olur
- 09:34 Mədəniyyət Nazirliyində tanınmış aşıq Ulduz Quliyeva ilə görüş olub
- 09:30 Əmmanda birinci İordaniya-Azərbaycan Filateliya sərgisi açılıb
- 09:20 “Göyçə ədəbi mühitinin şah beyti – Dədə Ələsgər” kitabının təqdimatı olub
- 09:13 Sabit Rəhmanın qiymətli kitablardan ibarət şəxsi kolleksiyası Milli Kitabxanaya hədiyyə edilib
- 17:16 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti keçirilib
- 17:02 Azərbaycan və Çin klassik əsərlərinin nəşrinə başlanılıb
- 16:59 Beynəlxalq muğam ifaçıları müsabiqəsi davam edir
- 15:50 Gənclər Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin biblioqrafik icmal və elektron resurslar bazası yaradılıb
- 15:49 “Ulduz” jurnalının yeni nömrəsində...
- 14:28 Bakı Piano Festivalında xorvat musiqiçilərin çıxışı olub
- 14:20 Bu gün Xalq artisti Möhsün Sənaninin anadan olmasının 125 ili tamam olur
- 14:16 R.Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbində “Musiqi dünyamız” adlı hesabat konserti keçirilib