XƏBƏRLƏR
MƏLUMAT
"Vətən fədaisi" adlı söhbət keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
14/02/2024 15:02

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 10 nömrəli tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Xəlilbəyli Təbriz Xəlil Rza oğlunun 60 illik yubileyi ilə əlaqədar "Vətən fədaisi" adlı söhbət keçirib.

Tədbirdə şagirdlərə Təbriz Xəlilbəylinin həyatı və döyüş yolu haqqında məlumat verilib. Təbriz Xəlilbəylinin Qarabağ hadisələrinin ilk günündən cəbhəyə getmək istəyindən, torpaqlarımızın işğaldan azad olunması naminə göstərdiyi şücaətdən danışılıb .Bildirilib ki, onun kimi qəhrəmanların ömür yolu gənc nəsil üçün əsl vətənpərvərlik məktəbidir.

Qeyd edək ki, söhbətin keçirilməsində əsas məqsəd qəhrəmanlarımızı gənc nəslə tanıtmaq və onları heç vaxt unutmamaqdır.

Baxış sayı: 173