XƏBƏRLƏR
MƏLUMAT
Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində “Canım Azərbaycanım” adlı rəsm müsabiqəsi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/11/2019 06:59

Noyabrın 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində “Canım Azərbaycanım” adlı Pirallahı rayon məktəblərarası rəsm müsabiqəsi keçirilib.

Müsabiqədə Mədəniyyət Mərkəzinin rəsm kursu, 243, 235,168, 186 saylı tamortaməktəblərin şagirdləri iştirak edib. Azərbaycan, Bayraq, Müstəqillik mövzusunda çəkilən rəsm əsərləri münsiflər heyətinin nümayəndələri Mədəniyyət Mərkəzinin  bədii rəhbəri Esmira Aslanova, rəsm kursunun rəhbəri Nəzrin Mustafayeva, rəsm müəllimi Aytən Babayeva tərəfindənqiymətləndirilib.

Qaliblər 1-ci yer Rozita Klimentyeva, 2-ci yer Tamilla Yusifova, 3-cü yer Çingiz Yusifov, Emiliya Arabiya Fəxri fərmanlar, Sultan Vəliyev, Elvina Feyzullayeva, Aytac Atakişiyeva, Bəhram İmaməliyev fəal iştiraklarına görə təşəkkürnamə və endirim kuponları ilə mükafatlandırılıblar.

Baxış sayı: 49477