XƏBƏRLƏR
MƏLUMAT
“Uşaqların rəsm aləmi” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
26/04/2022 06:50

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti İradə Hüseynova və Uşaq şöbəsininsisteminzibatçısı Lalə Səlimova 158 nömrəlitamortaməktəbin 4 “a” sinfində “Uşaqların rəsm aləmi”adlı tədbirkeçiriblər.

Tədbirdə kitabxana əməkdaşı İradə Hüseynova bildirib ki, rəsm çəkmək uşaqların təxəyyülünə geniş imkanlar açır, uşağa yaradıcılıqla məşğul olmaq, təxəyyül inkişaf etdirmək, müstəqillik və təşəbbüskarlıq göstərmək, fərdiliyini ifadə etmək imkanı verir.

Sinif rəhbəri Zəmləkət Zamanova rəsm çəkməyin faydaları haqqında danışdıqdan sonra şagirdlər müxtəlif mövzularda rəsm çəkiblər.

Məktəb şagirdləri Sümeyra Əliyeva, Mədinə Qarayeva və Ömər Əliyev çəkdikləri rəsm əsərlərinə görə müxtəlif hədiyyələr ilə mükafatlandırılıblar.

Baxış sayı: 250