XƏBƏRLƏR
MƏLUMAT
"Tələbə tarixinin faciəvi ADNA günü" adlı videoçarx paylaşılıb
ÜMÜMİ XƏBƏRLƏR
01/05/2022 02:15

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialının fəal oxucusu Münəvvər Rüstəmova  ADNA-da baş vermiş terror hadisəsi ilə əlaqədar "Tələbə tarixinin faciəvi ADNA günü" adlı videoçarx hazırlayıb.

30 aprel 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında qanlı terror hadisəsi baş verib, nəticədə 12 nəfər ölüb, 13 nəfər yaralanıb.

Bundan qabaq da Azərbaycanın müxtəlif yerlərində, o cümlədən paytaxtımızda terror faktı olub. Amma heç birində gülləni beynimizə, gələcəyimizə, gələcəyimizin mədəni, intellektual bazası olan tələbələrə tuşlamayıblar. 30 aprel 2009-cu il tarixində ADNA özünün qanlı tarixini yaşayıb. Artıq bu gün "30 aprel" demək kifayətdir ki, o qanlı tarixçəni bir daha bütün acısıyla yaşayasan. Akademiyanın 2-ci korpusu o gün təkcə Azərbaycanın deyil, bütün dünyanın diqqət mərkəzinə çevrildi.

Həmin gün Azərbaycan Dövlət Neft Akademiyasının ikinci korpusuna silahlı basqın olub. Gözlənilməz hadisə Akademiyada olanları təşvişə salıb. Hadisədən xəbər tutan hər kəs auditoriyaların qapılarını arxadan bağlayıb, qatilin əlindən canını qurtarmaq üçün binanın pəncərələrindən boylanaraq qışqırıb kömək istəyirdi.  Səhər saatlarında odlu silahla silahlanmış naməlum şəxs Azərbaycan Dövlət Neft Akademiyasının 2-ci korpusuna hücum edərək birinci mərtəbədən yuxarı mərtəbəyədək qarşısına çıxan şəxsləri güllələyib...

Silahlı terrorçunun atdığı güllələr Akademiyanın müəllim və tələbələrinin, əsasən baş və boyun nahiyəsindən dəyib. Gülləyə tuş gələnlərin içərisində Akademiyanın professoru, laborantları, tələbələri, dosenti, müəllimləri və hətta yeməkxanaya süd məhsulları gətirən bir xanım da var idi…

Videoçarxı aşağıdakı keçidlərdən izləyə bilərsiniz:

https://www.instagram.com/tv/Cc-U-BmjC5b/?igshid=YmMyMTA2M2Y= 

https://facebook.com/story.php?story_fbid=504701501249453&id=100051288229979

Baxış sayı: 371