XƏBƏRLƏR
MƏLUMAT
Teatr və kinoda yaratdığı obrazlarla könüllərə yol tapan Məleykə Ağazadə
ÜMÜMİ XƏBƏRLƏR
03/09/2021 01:12

Məleykə Ağazadə 3 sentyabr 1929-cu ildə Bakıda anadan olub. Kiçik yaşlarından pionerlər evinə və xoreoqrafiya məktəbinə gedib,ayrı-ayrış şəhərlərdə solist kimi çıxışlar etməyə başlayıb. 13 yaşında istedadı və çıxışlarına görə "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif olunub. Məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına musiqi məktəbinin opera sinfində oxuyub.

Bundan sonra Rauf Hacıyevin Dövlət Estrada Orkestrində solist kimi fəaliyyət göstərib. 1956-cı ildən 1963-cü ilə qədər Musiqili Komediya  Teatrında 40-a yaxın tamaşada oynayıb. 1972-ci ilə qədər filmlərə çəkilib. 

"Onu bağışlamaq olarmı?" (1959) və "Qəribə əhvalat" (1960) filmlərində yaddaqalan obrazlar yaradıb. "Ulduz"dan sonra çəkildiyi "Qızmar günəşa ltında" və "Yaşamaq gözəldir, qardaşım!" filmlərində yaratdığı obrazlar da aktrisanın istedadının üzə çıxmasında əhəmiyyətli rol oynayıb.Biri-birindən maraqlı, yaddaqalan rolları ilə Azərbaycan teatr və kino sənətinə özünə bədiyaradıcılıq möhürünü vuran Məleykə Ağazadə həm də mehriban, qayğıkeş ana, vəfalı, sədaqətli həyat yoldaşı kimi öz missiyasını şərəflə yerinəyetirib. Ömür-günyoldaşı, özünün dəfələrlə dediyi kimi, həyatda çox sevdiyim ərhum Fərrux Ağazadə ilə birlikdə cəmiyyət üçün layiqli iki övlad yetişdirib.  Məleykə Ağazadənin ən məşhur rolu "Ulduz" filmində yaratdığı Nazik obrazıdır. Onun bu filmdə oynadığı fraqmentlər və söylədiyi ifadələri indiyə qədər sevilir. Nazik obrazı aktrisanın həm vokalçı, həm rəqqasə, həm də sənətinin ustası kimi yüksək peşəkarlığının ümayiş etdirərək, onu xalqın sevimlisinə çevirib.

Məleykə Ağazadə 2019-cu il aprelin 24 də Bakıda vəfat edib.

Baxış sayı: 321