XƏBƏRLƏR
MƏLUMAT
Tarix yazan qəhrəmanlar - Rüstəm Eminli
ÜMÜMİ XƏBƏRLƏR
01/11/2021 02:07

Rüstəm Eminli 1999-cu il sentyabrın 16-da Horonu, Yardımlı rayonunda anadan olub.

Rüstəm Eminli 2020-ci il oktyabrın 15-də Səfərbərlik Xidməti tərəfindən hərbi xidmətə çağrılıb və Vətən Müharibəsində iştirak edib.

Azərbaycan Ordusunun əsgəri olan Eminli Rüstəm Mais oğlu 2020-ci il noyabrın 1-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşa döyüşlərində vuruşaraq şəhid olub. Yardımlı rayonu Horonu kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Rüstəm Eminli ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Baxış sayı: 268