XƏBƏRLƏR
MƏLUMAT
Tarix Muzeyində “Müzəffər Azərbaycan” kitabının təqdimatı olub
ÜMÜMİ XƏBƏRLƏR
20/04/2022 08:01

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində İsrail Yazıçılar Birliyinin üzvü və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, şair Mixail Salmanın “Müzəffər Azərbaycan” kitabının təqdimat mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Böyük Qələbəyə həsr olunmuş kitabda ölkəmizin tarixinə, mədəniyyətinə və incəsənətinə dair şeirlər yer alıb.

“Azərbaycan eşqi ilə” adlı şeir toplusunun müəllifi olan M.Salmanın şeirləri İsrail, Azərbaycan, Ukrayna, Amerika və Almaniyanın dövri mətbuatında da dərc olunur.

Azərbaycan ilə İsrail arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə və “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının yaranmasının 15 illiyinə həsr olunan tədbirdə qeyd edilən assosiasiyanın üzvləri, Azərbaycanın tanınmış alimləri, ictimai xadimlər iştirak ediblər.

Muzeyin baş direktoru akademik Nailə Vəlixanlı, icraçı direktoru dosent Fərhad Cabbarov, Milli Məclisin deputatları Rasim Musabəyov, Sevil Mikayılova, tarixçi Fuad Axundov, rejissor Oqtay Mirqasımov, “Azİz”in rəhbəri Lev Spivak və başqaları çıxış ediblər.

Kitabın müəllifi Mixail Salman tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

Baxış sayı: 178