XƏBƏRLƏR
MƏLUMAT
Suraxanı rayon Heydər Əliyev Mərkəzində bayram tədbiri keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
01/06/2023 07:43

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Suraxanı rayon Heydər Əliyev Mərkəzində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş əyləncəli bayram tədbiri keçirilib.

İlk öncə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü haqqında məlumat verilib. Bildirilib ki, dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir.

Sonra 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Suraxanı rayonunda fəaliyyət göstərən 85, 89, 114, 279 nömrəli tam orta məktəblərin müəllim və şagird kollektivi maraqlı konsert proqramı, şən oyunlarla çıxış ediblər.

Baxış sayı: 584