XƏBƏRLƏR
MƏLUMAT
Şövkət Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbi hesabat konserti təqdim edib
ÜMÜMİ XƏBƏRLƏR
19/05/2023 03:31

Mayın 18-də  Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Şövkət Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbi Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirib.

Konsertdə məktəbin yuxarı siniflərdən ibarət xoru, xalq çalğı alətləri orkestri, "Şəfəq" instrumental ansamblı , "Kamerton" violin çalanlar ansamblı, nağara çalanlar ansamblı  çıxış edib. Şagirdlər Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən  ibarət bir-birindən fərqli ifalar nümayiş etdiriblər. 

Konsertin sonunda Ulu öndər Heydər Əliyevin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!" nitqi səsləndirilib. 

Baxış sayı: 469